Foto: sosial media
Almaniyada yaşayan və Azərbaycan hökumətini kəskin tənqid edən bloger Qabil Məmmədova qarşı açılan cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı bildirilir.
Bu barədə “Qafqazinfo” saytı xəbər yayıb.
Xəbərdə deyilir ki, istintaq orqanı barəsində qiyabi icraat aparılan Qabil Məmmədov və onun müdafiəçisinə cinayət işinin materialları ilə tanış olmaq üçün iyunun 23-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradacaq.
“Q.Məmmədova izah edilir ki, o, istintaqa gəlmədiyi halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Bu halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür”, - xəbərdə qeyd olunub.
Məmmədov Cinayət Məcəlləsinin ayrı-ayrı şəxslərə yalan vəd verməklə dələduzluq etmə, hədə-qorxu ilə tələb etmə, terrorçuluq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və başqa maddələrilə ittiham olunur.
O, martda Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Çağırışa gəlmədiyindən Binəqədi Rayon Məhkəməsinin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: qafqazinfo.az
Foto: Armenpress
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir