Məhkəmə

Məhkəmə Leyla və Arif Yunusun işi üzrə icraatı dayandırdı

18 Oktyabr, 2022
2227

Açıq mənbələrdən götürülüb

Bakı Apellyasiya Məhkəməsi çərşənbə axşamı, oktyabrın 18-də hüquq müdafiəçiləri Leyla və Arif Yunusun işi üzrə icraatı dayandırıb. 

"Turan" xəbər verir ki, məhkəmə qərara səbəb kimi Yunus cütlüyünün ölkədə olmamasını göstərib . 

Vəkil Elçin Sadıqovun sözlərinə görə, müdafiə tərəfi onlayn rejimdə müttəhimlərin iştirakı ilə işə baxılmasında israr edib. Müdafiə tərəfi bəraətverici əsaslarla cinayət təqibinə son qoyulmasında təkid edib.

https://toplum.tv/mehkeme/eli-eliyeve-yeni-ittiham

Amma məhkəmə vəsatəti təmin etməyib və Yunusların qızının mənzilinə qoyulmuş həbsi qaldırmayıb.

Vəkil bildirib ki, iş üzrə icraata xitam verilməsinə baxmayaraq, Yunus cütlüyünün cinayət təqibinə xitam verilməyib.

Onlar Azərbaycana gəldiyi və ya onların xaricdə saxlanılması haqqında sorğu verildiyi və Azərbaycana təhvil verildikləri təqdirdə məhkəmə icraatı bərpa edilə bilər.

Xatırlatma

Hüquq müdafiəçiləri - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2015-ci ilin yayında iqtisadi cinayətlər və vətənə xəyanət ittihamı ilə həbs edilib.

2015-ci il avqustun 13-də Leyla Yunus 8,5 il müddətinə azadlıqdan məhrum edilib, Arif Yunus isə 7 il həbs cəzası alıb. Onlar ittihamları təkzib ediblər, işin siyasi xarakterli olduğunu bildiriblər.

Beynəlxalq təşkilatların etirazlarından sonra 2015-ci il dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Yunuslar barəsində hökmü yüngülləşdirib, həbs cəzasını hər biri barəsində beş il şərti cəza ilə əvəz edib.

2016-cı il aprelin 19-da onlar məhkəmənin razılığı ilə müalicə üçün Azərbaycanı tərk ediblər. Bu il isə Ali Məhkəmə işi təkrarən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb, amma müttəhimlər iştirak etmədiyi üçün işə baxılması təxirə salınıb.

Yunuslar Niderlanddan siyasi sığınacaq alıblar. Bir müddət əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi Yunusların təqibinin qanunsuz olduğuna qərar verib.

Onlar barəsində Avropa Konvensiyasının 18-ci (məhdudiyyətlərdən istifadə hədləri) maddəsinin pozulduğu, yəni siyasi motivlər olduğu təsdiq edilib.

Yunusların işi "Anar Məmmədlinin qrupu"nda - Avropa Şurası Nazirlər Komitəsinin Strasburq Məhkəməsinin qərarı ilə tam bəraət verilməsində israr etdiyi fəalların qrupundadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Kamal İsayevə 8 il yarım həbs cəzası verilib

8 Sentyabr 2026

sosial media

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hökumət tənqidçisi Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. Yaxınlarının "Toplum TV"yə verdiyi məlumata görə, hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. Prosesdə əvvəlcə ötən iclaslarda olduğu kimi K.İsayevin müxtəlif vaxtlarda etdiyi sosial media paylaşımları nümayiş etdirilib. Bu dəfəki paylaşımlarda onun Qarabağın azad edilməsi ilə bağlı Azərbaycan xalqına ünvanladığı videomüraciətlər yer alıb.  Müdafiə tərəfi nümayiş etdirilən videoların yenidən ekspertiza olunması və ekspert tərəfindən yeni rəy verilməsi barədə vəsatət qaldırıb. Vəkil Nemət Kərimli bildirib ki, təqdim olunan materiallarda irəli...
Məhkəmə

Komitə: "İqbal Əbilov 'kars'a salınıb, səhhətində narahatlıqlar var"

7 Sentyabr 2026

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına ("kars") salındığı və səhhətinin pisləşdiyi bildirilir.  Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.  Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək "kars"da saxlanılıb.  "Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən "kars"a yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur", - komitə bildirib.  Müdafiəçilər xəbər verib ki, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir. Bu halda onun ailəsi ilə görüşlərinin ciddi şəkildə...

Seçilmiş Videolar

Toplum TV loqo