Foto: sosial media
Həbsdə olan və aclıq edən jurnalist Polad Aslanov şok keçirib.
Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova "Facebook" səhifəsində xəbər verib.
O yazıb ki, jurnalist sentyabrın 8-inə keçən gecə saat 2 radələrində saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsində şok vəziyyəti keçirib.
"Dedi ki, onu titrəmə tutub, ayaqlarını hiss etməyib və ayıla bilməyib. Yataqda bir neçə dəqiqə köməksiz vəziyyətdə qalıb", - Aslanova qeyd edib.
O, həyat yoldaşının aclıq aksiyasına davam etdiyini və tələblərini yazdığı ərizənin müəssisə rəisi Ramiq Nəsibov tərəfindən hələ də qəbul olunmadığını bildirib.
P.Aslanov avqustun 29-da aclıq aksiyasına başlayıb.
Buna səbəb onun saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsindəki mətbəxdən istifadəsinə icazə verilməməsidir.
Aslanovanın sözlərinə görə, həyat yoldaşı iyulun 18-də keçdiyi ultrasəs müayinəsinin nəticəsini tələb edir. Cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinin Cavanşir adlı baş həkimi isə P.Aslanovun etirazına cavab olaraq onun mətbəxdən istifadəsinə qadağa qoyub.
Polad Aslanov 2019-cu ildə casusluq ittihamı ilə həbs olunub. O, ittihamları rədd edir və hökumətdə korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir.
Hüquq müdafiəçiləri Aslanovu siyasi məhbus sayır. Avropa İnsan Hüquqları Məhkəməsi də onun həbsi ilə bağlı Azərbaycana qarşı qərar çıxarıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Şəmşad Ağa: Məhkəmənin gülünc personajına çevrilən biri “möhtərəm və cənab” kimi etiketlərə layiq deyil
Foto: sosial media
Foto: Abzas Media
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib