Azərbaycan və Ermənistan bir-birinin hava məkanından istifadə etməyə başlayıb
Foto: açıq mənbə
Ermənistan baş naziri Nikol Paşinyanın təyyarəsi xaricə son səfəri zamanı Azərbaycan hava məkanından istifadə edib.
Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial media hesabında məlumat verib.
O bildirib ki, baş nazirin təyyarəsi avqustun 30-da və sentyabrın 6-da Azərbaycan üzərindən keçməklə beynəlxalq səfəri reallaşdırıb.
"8 avqustda Vaşinqtondakı sülh danışıqlarından sonra Ermənistanın müvafiq qurumları Ermənistan baş nazirinin təyyarəsi üçün Azərbaycan tərəfindən hava dəhlizi istəmiş və müsbət cavab almışdılar. Bu fakt bölgədə kommunikasiyaların açılması, sülh gündəminin təşviqi və qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün praktik bir addım kimi qiymətləndirilir", - o qeyd edib.
Baqdasaryan əlavə edib ki, Azərbaycan təyyarələri də artıq uzun müddətdir Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı səfərlər üçün Ermənistan hava məkanından istifadə edir.
Ermənistanın "Hetq" xəbər saytı isə yazır ki, bir həftədir ölkənin aviaşirkətləri Azərbaycanın, AZAL da öz növbəsində Ermənistanın hava məkanından istifadə etməklə uçuşlar edir.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.
Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.
ABŞ prezidenti Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Tramp Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə hazır olduğunu bildirib
Foto: EPA/ Getty Images
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib