Manşet

Gürcüstan etirazlarında çəkiliş edən azərbaycanlı ölkəyə buraxılmayıb 

8 Sentyabr, 2025
48

Foto: sosial media

Gürcüstanda hökumətə qarşı etiraz aksiyasında çəkiliş etmiş azərbaycanlı gənc ölkəyə buraxılmayıb. 

Gürcüstan İctimai İşlər İnstitutunun tələbəsi Cavid Əhmədov Toplum TV-yə deyib ki, sentyabrın 6-da İstanbuldan Tbilisiyə uçsa da, gürcü sərhədçilər tərəfindən ölkəyə keçməsinə icazə verilməyib. 

Ona ölkəyə buraxılmamasına dair izahat verilməyib. 

Əhmədov avqustun 24-də Gürcüstanın Sarp sərhəd-keçid məntəqəsində Türkiyəyə keçmək istəyərkən adına cərimə yazıldığını öyrənib. Hökumətə qarşı etiraz aksiyasında çəkiliş etmiş gəncə "yolu bağlamaq" ittihamı ilə 5,000 lari (təxminən 3,150 manat) cərimə kəsilib. 

Tələbə həmin gün cərimə ödəmədən sərhədi keçib. Gürcüstan qanunvericiliyinə görə, cərimə olunmuş şəxsin ölkəni tərk edərkən cəriməni ödəmək məcburiyyəti olmasa da, yenidən giriş etdikdə ödəməlidir. 

Yenidən Gürcüstana giriş etmək istəyən Əhmədova bu dəfə cəriməsinin 10,000 lari olduğu deyilib. O, cəriməni ödəməyə razılıq versə də, bir qədər sonra ona cəriməni ödəsə belə ölkəyə buraxılmayacağı bildirilib. 

Magistratura üzrə jurnalistika proqramında təhsil alan Əhmədov iyulun 10-da Tbilisidə baş tutmuş etiraz aksiyasına dərsdən verilən ev tapşırığı çərçivəsində çəkiliş etmək üçün getdiyini deyib. 

O, Gürcüstanın Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və parlamentinə ərizə məktubları yazaraq cərimənin ləğv olunmasını istəsə də, ona cavab verilməyib. 

Əhmədov İstanbula qayıtdığını, hazırda universitetin tələbə mübadiləsi proqramında iştirak etmək üçün Almaniyaya uçmağa hazırlaşdığını qeyd edib.

Gürcüstanda ötən ilin noyabrından bəri yeni parlament seçkiləri və Avropaya inteqrasiya kursunun davam etdirilməsi tələblərilə etirazlar keçirilir. 

Hökumət isə tələbləri rədd edir və jurnalistlər də daxil olmaqla aksiyalarda iştirak edənləri "yolu bağlamaq" adı ilə cərimələyir. 

Ötən ilin dekabrına qədər 500 lari məbləğində olan cərimə 10 dəfə artırılmaqla 5,000 lari məbləğində təyin edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

54 milyonluq yeyintidə təqsirləndirilən SOCAR işçisinə 14 il hökm oxunub 

8 Sentyabr 2025

Foto: açıq mənbə

Sentyabr 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində "SOCAR-AQŞ" MMC-nin keçmiş baş direktoru Ramin İsayevin işi üzrə yekun məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, R.İsayevə 14 il həbs cəzası verilib.  O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham olunub.  Cinayət işi üzrə üç qurum – "SOCAR-AQŞ", "Abşeron Qazma" MMC və "Aqrarkredit" QSC zərərçəkmiş qismində tanınıb. R.İsayev 54 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə günahlandırılıb.  Cinayət işində iddia olunur ki, o, xeyli qohum və tanışını kağız üzərində işə götürərək büdcə...
Manşet

Azərbaycanda həbsdə olan erməni məhbusların intihara cəhd etdiyi bildirilir 

5 Sentyabr 2025

Foto: açıq mənbə

Azərbaycanda həbsdə olan bir neçə erməni məhbusun intihara cəhd etdiyi bildirilir.  Bunu erməni məhbusları beynəlxalq məhkəmələrdə təmsil edən vəkil Siranuş Sahakyan “Azadlıq Radiosu”na deyib.  O, intihara cəhdlər barədə məhbusların ailələri ilə son telefon danışıqlarından sonra xəbər tutub.  Sahakyan ad çəkməkdən imtina etsə də, intihara cəhd edənlər arasında Qarabağdakı keçmiş separatçı qurumun rəhbərliyindəki şəxslərin olmadığını bildirib.  O əlavə edib ki, saxlanılanların ailələri onların ciddi sağlamlıq problemlərindən əziyyət çəkdiyi barədə xəbərdarlıq ediblər. “Valideynlər bizə məlumat verdilər ki, telefon danışıqları zamanı ciddi sağlamlıq problemləri və ağır psixoloji vəziyyətlər artıq aydın görünürdü. Ümidsizlik hissi getdikcə dərinləşir”, – vəkil qeyd edib. Sentyabrın 2-də livanlı-erməni məhbus...

Seçilmiş Videolar

Toplum TV loqo