Məhkəmə

Aclıq edən “Abzas”çılar qeyri-insani münasibətə məruz qaldıqlarını deyirlər
 

23 İyul, 2025
79

Foto/kollaj: Toplum TV

“Abzas Media”nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova aclıq etdiklərinə görə “qeyri-insani münasibətə” məruz qaldıqlarını bildiriblər.
“Abzas Media"nın xəbərinə görə, iyulun 22-də aclığa başlayan jurnalistlər həmin gün Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun qəbuluna aparılmaq adı ilə otaqlarından çıxarılıblar.
“Onun müavini Əhəd Abdıyevin otağında saat yarım gözləyəndən sonra dedilər ki, Penitensiar Xidmətdən nümayəndələr gəlmişdilər, sizinlə görüşmək istəyirdilər, amma fikirlərini dəyişib getdilər. Qabağımıza çıxmağa ürək etməyiblər,” - jurnalistlər deyib.
Onların sözlərinə görə, daha sonra öz otaqlarından çıxarılıb ayrı otaqlarda yerləşdiriliblər və hazırda hər biri tək qalır.
“Üçümüzün də otağında duş sistemi yoxdur, pəncərənin şüşələri çıxarılmayıb, normal havalandırma yoxdur. Otaqların hamısı natəmizdir və otaq yoldaşlarımıza da icazə vermədilər ki, otaqları təmizləmədə bizə kömək etsinlər”, - onlar qeyd edib.
Jurnalistlər əlavə edir ki, Nərgiz Absalamova öz otağından çıxmaq istəmədiyi üçün Əhəd Abdıyev tərəfindən zorakılığa məruz qalıb. Abdıyevin onu güclə çıxardığı, jurnalistin qollarında qançır izləri qaldığı bildirilir.
“Abzas”çılar pis rəftarın aclığı dayandırmaları üçün edildiyinə inanırlar.
“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli iyulun 20-də yenidən aclıq aksiyasına başlayıb. O, saxlanıldığı Umbakı təcridxanasından Bakı İstintaq Təcridxanasına qaytarılmasını tələb edir.
Həsənli əvvəlki aksiyasını tələbinin 1 həftəyə yerinə yetiriləcəyi vədi ilə dayandırıb, lakin onun tələbi yerinə yetirilməyib.
İyulun 22-də “Abzas Media”nın qadın jurnalistləri də aksiyaya qoşulub.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media"nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Onlar ilkin olaraq qaçaqmalçılıq olmaqla bir sıra maddələrlə ittiham olunublar.
Həbs olunan şəxslər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Sevinс Vaqifqızı: “Əmin idim ki, Bakıya qayıtsam, həbs olunacam”

23 İyul 2025

Foto: Fərqanə Novruzova

“Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızının “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb. “Abzas Media”-nın dərc etdiyi məktubu təqdim edirik: İstanbul Hava Limanında vəkilimlə danışanda artıq əmin idim ki, Bakıya qayıtsam, həbs olunacam. Dostlarım da xəbər verirdilər ki, evimin qarşısında mülki polislər dolaşır. Bundan sonra “Abzas Media”nın hazırda həbsdə olan əməkdaşlarına və anama mesaj göndərərək onların bu həbsə hazırlıqlı olmalarını istədim. Təyyarə Bakıya enən kimi çıxış qapısında məni polislər qarşıladı. Passport yoxlamasına getməyə belə icazə vermədən təyyarənin yanından açılan əlavə qapı ilə məni dostlarımın gözü qarşısında saxladılar. Vəkilimin dediyi olmuşdu – ölkəyə qayıtmışdım və həbs olunmuşdum. Həbsdən sonra bu sualı çox...
Məhkəmə

Hacı Vəliyev aclığı dayandırıb 

23 İyul 2025

Foto: sosial media

Həbsdə olan ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev aclıq aksiyasını dayandırıb.  Bu barədə onun yaxınları məlumat yayıb.  Məlumatda bildirilir ki, Vəliyev qərarını ailəsinin təkidi və səhhətində yaranan ciddi problemlərlə izah edib.  “Hacı Vəliyev saxlanma şəraitindən və gözündəki ciddi problemin hələ də müalicə olunmamasından narazılığını ifadə edib. Uzun müddətli aclıq aksiyasının onun fiziki və psixoloji vəziyyətinə dərin mənfi təsir göstərdiyi aydındır və bu, artıq geri dönməz fəsadlara səbəb ola bilər”, - deyə qeyd olunub.  Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirib. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini, habelə qalan gözünü itirmək təhlükəsi ilə üz-üzə olduğunu...

Seçilmiş Videolar

Toplum TV loqo