Manşet

Tək bir bankda milyardlıq əmanəti olan 20 nəfər kimdir?  

23 İyul, 2025
109

Foto: açıq mənbə

“Ölkədə əmanətlərin 63 faizi prezident ailəsinə məxsus banklardadır”

Cəmiyyətin gözü qarşısında milyonlarla dollar dəyəri olan mülklərə malik saysız-hesabsız insanların olduğu ölkədə rəsmi şəkildə tanınan milyonçuların olmaması paradoksdur. 

Problem ondadır ki, özəl biznesdə çalışanlar da hökumət məmurları kimi şəffaflıqdan maksimum qaçmağa çalışırlar. Biznes kommersiya sirrini bəhanə gətirərək nəinki maliyyə məlumatlarını və istehsalla bağlı göstəricilərini maksimum qapalı saxlamağa çalışır. 
Hətta rəsmi təsisçilərinin adlarını gizli tuturlar. Şübhəsiz ki, bunun əsas səbəbi mümkün olduğu qədər özəl biznesdə siyasi hakmiyyətin izləri haqda cəmiyyəti xəbərsiz saxlamqdır.

Bəzən təsadüfən açıqlanan məlumatlar son 20 ildə əsasən dövlət resursları hesabına varlanmış azsaylı bir qrupun sərvətinin miqyasını qismən anlamağa imkan verir.

Bu günlərdə hətta hökumətyönlü medianın “Moody’s Ratings” beynəlxalq agentliyinə istinadən yaydığı xəbər bu qəbildən olan məlumatlardan hesab edilə bilər.

Agentliyin hesabatına görə, əsas parametrlərinə (ümumi aktivlərin, verilən kreditlərin, cəlb edilən depozitlərin həcminə və s.) görə, ölkənin ilk böyük beş bankı sırasında yer alan “Xalq Bank"ın depozit portfelinin 54 faizi 20 nəfər əmanətçiyə aiddir. 
Hesabatdan o da aydın olur ki, bankın ümumi əmanət portfelinin məbləği 1 milyard 905 milyon manat təşkil  edir və bunun 1 milyard 29 milyon manatı həmin şəxslərə aiddir. Yəni orta hesabla iri əmanətçilərin bir nəfərinə düşən depozit məbləği 51,4 milyon manatdır.    

Rəsmi sənədlərə əsasən, “Xalq Bank" ölkə prezidenti İlham Əliyevin ailəsinə məxsus olan 3 aparıcı bankdan biridir. 

Digər iki bank “Kapitalbank” və “Paşabank”dır. 

2025-ci ilin ilk yarısının sonuna olan rəqəmlərə görə, ölkədə fəaliyyətdə olan 21 bankın ümumi aktivlərinin məbləği 55 milyard manata yaxın olub. Dövlətə məxsus banklara aid aktivləri nəzərə alınmasa, məhz özəl bank seqmenti üzrə 39 milyard manat məcmu aktivlərin 23,8 milayrd manatı və ya 61 faizi adıçəkilən bu üç banka aid olub. Habelə, “Xalqbank”ın aktivlərinin məbləği 3 milyard manatdan bir qədər çox olub.

Eyni zamanda, bank sektoru üzrə ümmi depozit portfelinin həcmi 37,3 miyard manat olub ki, ondan 27,2 milyard manatı özəl banklara aiddir. Öz növbəsində, özəl bank seqmentinin depozit portfelinin 17,1 milayrd manatı və ya 63 faizi məhz bu 3 bankın sərəncamında olub.

Toplum TV


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Azərbaycan ordusunun zabiti vəfat edib

23 İyul 2025

Foto: açıq mənbə

Azərbaycan ordusu zabitinin Kəlbəcərdə vəfat etdiyi bildirilir.  "Teleqraf"ın xəbərinə görə, hadisə Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində baş verib. "Əslən Ağcabədi rayonundan olan leytenant Qasımov Azad Ziyad oğlu xidmət etdiyi hərbi hissədə vəfat edib”, - xəbərdə qeyd olunub. Hərbçinin hansı şəraitdə həyatını itirdiyi barədə məlumat verilmir.    Faktla bağlı araşdırma aparıldığı bildirilir. Hadisəylə bağlı rəsmi qurumlar hələki açıqlama verməyib.
Manşet

Kamran Əliyev: “Azərbaycanlıların ölümü ilə bağlı Rusiya ilə mütəmadi əlaqə saxlayırıq” 

22 İyul 2025

Foto: açıq mənbə

Baş Prokuror Kamran Əliyev iyunun 27-də Yekaterinburqda iki azərbaycanlının ölümü ilə bağlı başladılan cinayət işindən danışıb.  “Report.az”a danışan Əliyev deyib ki, Azərbaycan tərəfi hadisə ilə əlaqədar Rusiya Baş Prokurorluğu və İstintaq Komitəsi ilə mütəmadi əlaqə saxlayır.  “Hərçənd, Rusiya tərəfi deyir zərərçəkənlər öz ölkələrinin vətəndaşlarıdır, amma Azərbaycan ikili vətəndaşlığı tanımadığı üçün onlar bizim vətəndaşlardır. Ona görə biz onlarla bağı ekspertizalar keçirdik, təəssüf olsun ki, həmin şəxslərin işgəncələr, döyülmələr, ağır bədən xəsarətləri alınması nəticəsində həyatlarını itirdikləri müəyyən olundu” - o qeyd edib.  “Həmin işlərlə də bağlı biz istintaq hərəkətləri aparırıq və əldə olunmuş bütün sübutları Rusiya İstintaq Komitəsi tərəfə təqdim etmişik. Rusiya...

Seçilmiş Videolar

Toplum TV loqo