Məhkəmə

Adnan Əhmədzadə barəsində həbs qətimkan tədbiri seçilib

20 Sentyabr, 2025
83

president.az

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini, iş adamı Adnan Əhmədzadə həbs olunduğu deyilir.
APA-nın xəbərinə görə, Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Hökumətyönlü medianın yazdığına görə, Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. “Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir”, - KİV yazır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Əli Zeynal: Hakimiyyətdəkilər bilirlər ki, müstəqil məhkəmə birinci onları mühakimə edəcək

22 Sentyabr 2025

Foto: sosial media

Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi“ üzrə növbəti məhkəmə prosesi baş tutub. Bu iş üzrə təqsirləndirilən şəxs qismində tanınan Demokratik Təşəbbüslər İnstitunun əməkdaşı Əli Zeynal ifadə verib. Əli Zeynalın ifadəsini olduğu kimi təqdim edirik: İstəyərdim ki, çıxışım qanun və ədalət naminə edilmiş bir çıxış olsun. Amma qarşımda qanunun aliliyinin əsas tutan bir məhkəmə heyəti və dövlət ittihamçısı yoxdur deyə hüquqi müstəvidə müdafiə quraraq özümü aldatmayacağam.  Məhz bu səbəbdən bu çıxışı qanun naminə yox, tarixə qeyd düşmək naminə edirəm. Əvvəlcə bizi bura gətirən yoldakı fəaliyyətimi qısa şəkildə təsvir edim. Rəsmi olaraq ictimai-siyasi həyatıma 2014-cü ildə 18 yaşım tamam...
Məhkəmə

“Toplum TV işi”: Qarşımızda qanunun aliliyini əsas tutan məhkəmə heyəti və dövlət ittihamçısı yoxdur

22 Sentyabr 2025

Foto: Toplum TV

Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi baş tutub.  Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli ötən iclasda yarımçıq qalmış çıxışına davam edib.  O, 2024-cü ilin martında həbs olunandan sonra evindən tapıldığı iddia olunan pulların məhz polis tərəfindən yerləşdirildiyini deyib.  “6 mart 2024-cü ildə saxlanılıram və həmin gün sərbəst buraxılıram. 8 mart, yəni iki gün sonra həbs olunuram və hakimiyyətin yandaş mediası məni cəmiyyətə qaçaqmalçı kimi təqdim edir. İndi ortaya suallar çıxır: Əgər evimə qoyulan pul mənim idisə, niyə həbs olunana qədər onu evdən çıxarmadım?...

Seçilmiş Videolar

Toplum TV loqo