Məhkəmə

Afiəddin Məmmədov: “Tofiq Yaqublunun cəzasını mənim hökmümə əlavə edin”

21 Aprel, 2025
163

Toplum TV

Həbsdə olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov aclıq aksiyası keçirən Tofiq Yaqublunun azadlığı üçün çağırış edib. 

Jurnalist Ülviyyə Əlinin ictimailəşdirdiyi mesaja əsasən, Məmmədov qeyd edib ki, “vicdanı olan hər kəs ürək ağrısı ilə Yaqublunun günü-gündən vəziyyətinin ağırlaşmasını izləyir”. 

“Tofiq Yaqublunun aclığını eşidəndən bəri nə edə biləcəyimizi dostlarla danışırıq, amma həbsdəyik deyə əlimizdən normal bir iş də gəlmir. Hələ ki, bu faşist hökumətə bir təklif verə bilərəm. Özünüz də yaxşı bilirsiniz ki, Tofiq Yaqublu cinayətkar deyil! Faşist siyasətinizi Tofiq Yaqubluya tətbiq etməyi dayandırın!” - işçi hüquqları fəalı bildirib. 

Məmmədov ardınca Yaqubluya verilən 9 il həbs cəzasının onun hökmünə əlavə olunmasını istəyib. 

“Əminəm ki, mənim kimi minlərlə insan Tofiq Yaqublunun yerinə “cəza” çəkməyə hazırdır. Bizlərin arasında cəzanı bölüşdürün! Qarabağı azad etməyinizi mədh etməkdən yorulmursunuz. Bəs Qarabağ qazisinə, ailəsinə çəkdirdiyiniz zülm rəvadırmı? Tofiq Yaqubluya azadlıq!” - o əlavə edib. 

Aprelin 20-də “Toplum TV” işi üzrə həbs olunan jurnalist Fərid İsmayılov da eyni təkliflə çağırış edib. 

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir. 

Ona Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələrilə ittiham verilib. 

O, ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla əlaqədar keçirilən etiraz aksiyası zamanı saxlanılmış, 30 sutka inzibati həbs cəzası almışdı. 

Bir neçə gün sonra “İşçi Masa”sının digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs edilmişdilər.

A.Məmmədov bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ələsgər Məmmədli: "İstintaq metro kartını bank kartı kimi sənədləşdirib" 

13 Oktyabr 2025

Foto: açıq mənbə

Oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli ötən iclaslardakı sərbəst ifadəsinə davam edib.  Ə.Məmmədli bu dəfəki çıxışında 2024-cü ilin martın 8-də polis tərəfindən saxlanıldığı günü xatırladaraq deyib ki, həmin gün evində qanuni vəkilinin iştirakı olmadan reyd keçirilib və pul vəsaiti atılıb.  "Polis sinə cibində saxladığı bir bağlama pulu (sonradan 7,300 avro olduğunu öyrəndim) girişdə ayaqqabı qutusunun içinə atıb, guya “evimdən çıxdı” görüntüsü verərək “protokollaşdırıb” saxta sübut yaratmağa cəhd edib. Halbuki, bu davranış – saxta sübut...
Məhkəmə

“QHT işi” üzrə Nərgiz Muxtarovanın məhkəməsi başlayır

13 Oktyabr 2025

Foto: Əkinçi

“QHT işi” üzrə təqsirləndirilənlərdən biri Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəməsi başlayıb. “APA”-nın məlumatına görə, oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə anket məlumatları dəqiqləşdirilib. Nərgiz Muxtarovanın vəkili Xaliq Hüseynov məhkəməyə etiraz edib. Bildirib ki, tərkibin iki üzvü - Rasim Sadıxov və Novruz Kərimov təqaüd yaşındadır, səlahiyyət müddətləri bitir. Vəkil həmçinin bütün tərkibə etiraz edib. Deyib ki, müvəkkilinin həyat yoldaşı Fərid Mehralızadənin də cinayət işinə bu tərkib baxıb. Dövlət ittihamçısı vəsatətləri əsassız hesab edərək təmin edilməməsini təklif edib. Prokuror bildirib ki, hər iki hakimin səhaliyyət müddəti bitməyib. Məhkəmə vəsatətlərin baxılmamış saxlanılmasına qərar verib. Daha sonra vəkil məhkəmədən Baş...

Seçilmiş Videolar

Toplum TV loqo