Foto: sosial media
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun barəsində olan hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.
APA-nın xəbərinə görə, yanvarın 27-də Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə vəkil Nazim Musayev çıxış edərək müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Qərara əsasən, kassasiya şikayəti təmin olunmayıb və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb.
O, narkotik ittihamıyla təqsirli bilinib, ancaq üzərindən satışla bağlı ittiham götürülüb. Həbs olunarkən ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədiylə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsiylə ittiham verilsə də, məhkəmə sonda ittihamı 234.1-1-ci (satış məqsədi olmadan narkotik əldə etmə, saxlama) maddəyə tövsif edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Möhyəddin Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Fevralın 25-də hökmdən öncə məhkəmədə son sözünü deyən M.Orucov bunun yalan olduğunu, cibinə narkotiki polislərin atıb onu şərlədiklərini söyləyib. O, həbsinə görə Suraxanı rayonu, 32-ci polis bölməsinin rəisi Samir Çobanovu suçlayıb. Dediyinə görə, polis rəisinin qanunsuz davranışlarına, ona verilən işgəncələr barədə müsahibəsinə, sosial şəbəkələrdə yazdıqları üzündən narkotiklə şərlənərək cəzalandırılıb.
2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’
Toplum TV
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir