Mirzoyan: “Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasıdır”
sosial media
Ermənistan 2027-ci ildə də qonşu ölkələrlə münasibətlərinin normallaşdırılması və inkişafı istiqamətində addımlar atacaq.
“Armenpress”in məlumatına görə, bunu noyabrın 5-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı bildirib.
Mirzoyan qeyd edib ki, Ermənistanın əsas məqsədi Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanmasına nail olmaqdır.
“Bizim öhdəliyimiz Azərbaycanla sülh sazişinin ən qısa zamanda imzalanmasını, daha sonra isə ratifikasiya olunmasını təmin etməkdir. Bununla yanaşı, sülhü daha da möhkəmləndirən addımları və əməkdaşlığın genişləndirilməsini, o cümlədən ikitərəfli ticarəti davam etdirəcəyik”, - nazir vurğulayıb.
Ermənistanın Türkiyə ilə münasibətlərinə də toxunan Mirzoyan iki ölkə arasında dialoqun fəal və səmərəli xarakter aldığını bildirib.
Onun sözlərinə görə, Ani tarixi körpüsünün birgə bərpası, tələbələr üçün proqramların təşkili və erməni-türk biznes forumu əməkdaşlığın əsas istiqamətlərindəndir. İlk biznes forumu Qarsda keçirilib, növbəti tədbirin isə gələn il Ermənistanda təşkili planlaşdırılır.
Nazir əlavə edib ki, əvvəllər Ermənistanla Türkiyə arasında ticarət üçüncü ölkələr vasitəsilə həyata keçirildiyi halda, artıq bu maneə aradan qaldırılıb və gömrük rəsmiləşdirilməsi baxımından birbaşa ticarət mümkündür. Daşımalar isə coğrafi baxımdan hələ də Gürcüstan ərazisindən həyata keçirilir.
Mirzoyan Ermənistan-Türkiyə sərhədinin hazırda bağlı qalmasına baxmayaraq, münasibətlərdə əldə olunan irəliləyişin sərhədin açılması və diplomatik əlaqələrin qurulması üçün zəmin yaratdığını deyib.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə sülh sazişinin imzalanması və ratifikasiyası istiqamətində addımların atılması nəzərdə tutulub. Tərəflər, həmçinin ATƏT-in Minsk Qrupu və əlaqəli strukturlarının ləğvi ilə bağlı müraciət ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb