sosial media
Həbsdə olan jurnalist Polad Aslanov məktəblərdə hicablı şagirdlər və müəllimlərə qadağa qoyulmasına etiraz olaraq oktyabrın 8-dən aclıq aksiyasına başlayıb.
Jurnalistin bu barədə ictimaiyyətə müraciətini həyat yoldaşı Gülmirə Aslanova sosial media hesabında paylaşıb.
P.Aslanov bir neçə gün əvvəl hicab qadağası ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə açıq müraciət etdiyini xatırladıb.
"Təəssüf ki, keçən müddət ərzində müraciətimə heç bir reaksiya verilmədi, heç bir cavab və münasibət bildirilmədi. Sükut və laqeydlik qarşısında susmaq mümkün deyil.
Mən, şərlənərək həbs olunmuş jurnalist, siyasi məhbus Polad Aslanov — bu gündən [8 oktyabr - red.] etibarən öz övladımın və onun kimi təhsil almaq hüququ məhdudlaşdırılan bütün hicablı şagirdlərin, eyni zamanda təhsillə hicab geyinmək arasında seçim etmək məcburiyyətində qoyulan bütün hicablı müəllimlərimizin, ana və bacılarımızın hüquqlarının müdafiəsi üçün həbsxana divarları arasında, dəmir barmaqlıqlar arxasında etiraz əlaməti olaraq aclıq aksiyasına başladığımı bəyan edirəm", - o qeyd edib.
P.Aslanov qadağanın konstitusiyanın 48-ci (vicdan azadlığı) maddəsinə zidd olduğunu əlavə edib.
Azərbaycanda son günlərdə ölkəboyu dövlət ümumi təhsil məktəblərində hicablı şagirdlərin dərsə buraxılmadığı bildirilir. Eyni zamanda, hicablı müəllimlər hicablarını açmaları və ya işdən çıxmaları ilə bağlı seçim qarşısında qoyulduqlarını deyir.
Məlumata görə, məktəb rəhbərlikləri qadağanı tətbiq edərkən Nazirlər Kabinetinin sentyabrın 21-də şagirdlər, oktyabrın 6-da isə müəllimlər üçün qəbul etdiyi geyim qaydalarına istinad edir.
Həmin qaydalarda hicabın qadağan olunduğu yazılmasa da, geyim formalarının dünyəvilik prinsipinə uyğun olmalı olduğu qeyd olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”
Toplum TV
Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”
Foto:Turan
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Ramil Babayev sivil itaətsizliyə başlayıb
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib