Foto: VOA
İctimai fəal Anar Abdulla iyulun 11-də inzibati qaydada 30 sutka həbs edilib.
“Abzas Media”nın xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.
A.Abdulla Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələrilə təqsirli bilinib.
O, məhkəmədə bildirib ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib.
Anar Abdulla aprelin 8-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb.
O, qaçaqmalçılıq da daxil olmaqla 8 maliyyə cinayətində ittiham olunur. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Fərqanə Novruzova
Foto: Fərqanə Novruzova