Məhkəmə

İşçi hüquqları fəalının qapalı rejimli həbsxanaya köçürülməsinə qərar verilib

11 İyul, 2025
58

Foto: Fərqanə Novruzova

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin haqqında qapalı rejimli Qobustan həbsxanasına köçürülməsi qərarı verilib. 

“İşçi Masası”nın İdarə Heyətinin üzvü Tural Fərzilinin verdiyi xəbərə görə, qərar iyulun 10-da Nizami Rayon Məhkəməsində verilib. 

Məlumata görə, fəalın qapalı rejimli həbsxanaya köçürülməsi üçün onun saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi məhkəməyə müraciət edib. 

Müəssisə rəhbərliyi Mustafayevin cəzasının sonuna qədər Qobustanda saxlanılmasını istəsə də, məhkəmə onun 6 aylıq köçürülməsinə qərar verib. 

“Bu hökm, rejimə boyun əyməyən, ədalətsizliyə qarşı mübarizə aparan bir gəncin səsini susdurmaq cəhdidir. Elvin siyasi sifarişlə həbs olunub və həbsxanada davamlı olaraq işgəncə və pis rəftarla üzləşir”, - T.Fərzili qeyd edib. 

Mustafayev mayın 6-dan 6 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasında (karser) saxlanılıb. 

Onun həbsdə olan siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılması üçün aclıq etdiyinə görə karserə salındığı deyilirdi.

Fəal mayın 19-da karsdan çıxarılmalı olsa da, onun burada saxlanma müddəti 10 gün uzadılıb. İyunun 3-də isə ailəsi xəbər verib ki, Mustafayevin karserdə qalma müddəti daha 1 ay uzadılıb. 

O, həmçinin, vəkilinə karserdə “xüsusi amansızlıqla zorakılığa” məruz qaldığını və qulağında iltihab yarandığını deyib. 

Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb. 
2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.
Mustafayev ittihamı rədd edib və bunu onun “İşçi Masası”ndakı fəaliyyəti ilə əlaqələndirib. 
2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”

11 İyul 2025

Foto: Fərqanə Novruzova

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından yazır. Bir adam bir gün Qırmızı Meydanda bildiriş paylayırmış. Polis şəxsi saxlayır və əlindəki kağızları alır. Kağızlar boşdur, içində heç bir yazı yoxdur.  Polis təəccüblə bağırır: “Nə yayırsan? Bunlar ki, boşdur. İçində heç bir yazı yoxdur”. Adam cavab verir: “Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”. Niyə həbs olunmuşam? məqsədləri nədir? Bu sualların cavabı toplumun aktiv kəsimimə aydındır. Amma bu aydınlıq sizdə ümidsizlik, inamsızlıq yaratmasın. Bəlkə repressiyanın fonunda məğlub görünürük. Amma əsas odur ki, gəncliyini 4 kvadratlıq bir həbsxana hücrəsinə məhkum edən yeni nəsil siyasətçilər təslim olmur. ...
Məhkəmə

Məhkəmə siyasi məhbus ailələrinin Tolikə qarşı qaldırdığı şikayəti icraata götürməyib

10 İyul 2025

Foto: oxu.az

İyulun 10-da Nərimanov Rayon Məhkəməsində siyasi məhbus ailələrinin Tolikə (Tarix Əliyev) qarşı  qaldırdğı şikayət əsasında məhkəmə prosesi baş tutub. Kamal Babayevin başçılıq etdiyi hakimlər kollegiyası siyasi məhbus ailələrinin şikayətini icraata götürməkdən imtina edib. Vəkil Zibeydə Sadıqova  “Time TV”-yə bildirib ki, buna səbəb məhkəməyə təqdim olunan video diskdə T.Əliyevin “nalayiq ifadələri” olan hissənin silinmiş olmasıdır. Vəkil videogörüntünün hansı şəkildə və niyə kəsildiyinin izahını verməkdə çətinlik çəkdiyini qeyd edib. Zibeydə Sadıqova bununla bağlı məhkəməyə yenidən müraciət edəcəklərini deyib. Hazırda həbsdə olan inanclı Bəxtiyar Babaşovun həyat yoldaşı, jurnalist, Arzu Abdulla hələ ötən ay bildirmişdi ki, Tarix Əliyevə qarşı məhkəməyə müraciət edən məhbus ailələrinin...

Seçilmiş Videolar

Toplum TV loqo