Manşet

Araz Əliyevin ölkədən çıxışına qoyulan “stop” götürülüb 

11 İyul, 2025
46

Foto: sosial media

III Respublika Platformasının və NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyevin ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qaldırılıb. 

Bu barədə siyasətçi “Facebook” səhifəsində xəbər verib. A.Əliyev bildirib ki, iyulun 10-u axşam saatlarında hüquq-mühafizə orqanlarından ona məhdudiyyətin götürüldüyü deyilib və o, artıq ölkəni tərk edib. 

Əliyev iyulun 7-də onkoloji xəstəliyi olan anasını ölkə xaricinə aparmaq istəyərkən ölkədən çıxışına “stop” qoyulduğunu öyrənib. 

O, yeni paylaşımında artıq anası ilə birlikdə olduğunu və anasının müalicəsi üçün işlərin başlanıldığını xəbər verib. 

Əliyevə daha öncə Bakı Şəhər Baş Polis İdarəsindən üzərinə qoyulan qadağanın “Toplum TV işi”ndə şahid olması ilə bağlı olduğu deyilmişdi. Bu iş üzrə isə istintaq artıq başa çatıb. 

III Respublika Platforması 2023-cü ilin dekabrında, növbədənkənar prezident seçkisi ərəfəsində vətəndaş cəmiyyəti üzvləri tərəfindən yaradılıb. 

III Respublika Platformasının spikeri kimi Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov seçilib, lakin o, 2024-cü ilin martında "Toplum TV işi" çərçivəsində həbs olunub. 
Platformanın digər üzvü Ruslan İzzətli də "Toplum TV işi" çərçivəsində həbsdədir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatıb

10 İyul 2025

Foto: Azərtac

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub. APA xəbər verir ki, görüşdə "Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb". Məlumatda o da bildirilir ki, “görüş çox konstruktiv mühitdə keçib”. Tərəflər təmasların müxtəlif işçi qrupları və yüksək səviyyələrdə davam etdirilməsi ilə bağlı ümumi razılıq əldə ediblər. Görüşdə Ermənistan tərəfdən baş nazirin müavini Mher Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və...
Manşet

Polislərin sosial müdafiəsi gücləndirilir 

8 İyul 2025

Foto: APA

Milli Məclis iyulun 8-də keçirilən növbədənkənar sessiyasında "Polis haqqında" qanuna dəyişikliklər edib.  APA-nın xəbərinə görə, qəbul edilən dəyişikliklərdə polis işçilərinin "sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək üçün" maliyyələ mənbələrinin artırılması nəzərdə tutulur. Bu məqsədlə, müxtəlif cinayətlər nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün dövlət büdcəsinə köçürülmüş vəsaitin, habelə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun xəzinə hesabına köçürüləcək. Həmçinin, dəyişikliyə əsasən, nəzərdə tutulmuş vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən olunacaq.

Seçilmiş Videolar

Toplum TV loqo