Foto: açıq mənbə
Azərbaycan illik hazırlanan “Dünya İfadə Hesabatı”nın 2025-ci il üçün olan reytinqində 161 ölkə arasında 144-cü yeri tutub.
Bununla da, Azərbaycan ifadə azadlığı baxımından “krizisdə olan” ölkələr kateqoriyasında yer alıb.
Azərbaycana qonşu ölkələrdən Ermənistan 59-cu, Gürcüstan 77-ci, Türkiyə 137-ci, İran 140-cı, Rusiya isə 151-ci yerdə qərarlaşıb.
Siyahıya ardıcıl olaraq Danimarka, İsveçrə və İsveç başçılıq edib. Sonuncu yerə isə Şimali Koreya layiq görülüb.
Hesabat müəllifləri bildirir ki, son 10 ildə dünyada 5,6 milyarddan çox insan ifadə azadlığında geriləmədən əziyyət çəkib. 77 ölkə reytinqdə aşağı düşüb və hazırda yalnız 35 ölkə ifadə azadlığı baxımından “sərbəst” kateqoriyasında yer alır.
Hesabata əsasən, cəmi 15 ölkə – 300 milyondan az insan – son on ildə ifadə azadlığı sahəsində irəliləyişlər hiss edib.
Hesabat ABŞ, Kolumbiya və İspaniyada məskunlaşan mütəxəssislər tərəfindən hazırlanıb.
İfadə azadlığının 25 göstəricisinə əsaslanan hesabat 161 ölkədə ifadə azadlığını izləyir və hər bir ölkəyə 0 ilə 100 arasında xal verir. Bu xal hər ölkəni 5 ifadə kateqoriyasından 1-də yerləşdirir. Bu kateqoriyalara “sərbəst”, “az məhdudiyyətli”, “məhdudiyyətli”, “yüksək məhdudiyyətli” və ya “krizisdə olan” aiddir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: president.az
Foto: VOA