Apellyasiya Məhkəməsi də Aytac Tapdığın nikaha girmə qadağasını götürməyib
Foto: sosial media
Noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində "Meydan TV işi" üzrə həbsdə olan jurnalist Aytac Tapdığın (Əhmədova) nikaha girməsinə qoyulan qadağa ilə bağlı şikayətinə baxılıb.
Jurnalistin nikaha girmək istədiyi şəxs, heyvan hüquqları fəalı Kamran Məmmədli məıumat yayıb ki, məhkəmə cütlüyün şikayətini təmin etməyib və Xətai Rayon Məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb.
K.Məmmədlinin sözlərinə görə, cütlük məhkəmədə müdafiə çıxışları edib, hakimlər isə qərarlarını əsaslandırmayıblar.
K.Məmmədli əlavə edib ki, gələn həftə onlar yenidən Xətai Rayon Məhkəməsinə müraciət edərək nikaha qoyulan qadağa ilə bağlı yeni iş başladacaq.
Oktyabrın 23-də Xətai Rayon Məhkəməsi Aytac Tapdığın saxlanıldığı Bakı İstintaq Təcridxanasında nikaha girə bilməməsi üzrə şikayətini təmin etməmişdi.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.
Sonradan “Arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa (Ağayev), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sosial media
Sosial media
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"