Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul, 2026
60

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib. 

İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib.

İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb. 

Tədqiqatçı əlavə edib ki, məhkəmə iclaslarında əsassız olaraq qandallı vəziyyətdə iştirak etməyə məcbur edilib. Onun iddiasına görə, hakimin qandalların çıxarılması barədə göstərişinə baxmayaraq, konvoylar bu göstərişi yerinə yetirməyiblər. 

İ.Əbilov həmçinin bildirib ki, prokurorluq onun şikayəti ilə bağlı səmərəli araşdırma aparmayıb və cinayət işi açmaqdan imtina edib. O, məhkəmədən prokurorluğun qərarının ləğv edilməsini tələb edib.

Məhkəmə şikayəti təmin etməyib. 

Müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcəyini bildirir. 

İqbal Əbilova ötən il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar - xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. 

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.

Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

"Tərtər işi": 5 milyon manat təzminat istəyən ataya 40 min manat kəsilib

14 İyul 2026

açıq mənbə

2017-ci ildə “Tərtər işi” kimi tanınan hadisələrdə həyatını itirən hərbçi Ruslan Ocaqverdiyevin atası İlham Ocaqverdiyevin təzminat tələbilə bağlı məhkəmə prosesi yekunlaşıb.  "Azadlıq Radiosu"nun xəbərinə görə, ata iddia ərizəsində maddi zərərə görə 310 min, mənəvi zərərə görə isə 5 milyon manat təzminat tələb edib. Nəsimi Rayon Məhkəməsi maddi ziyanla bağlı Ocaqverdiyevin iddiasını təmin etməyib. Mənəvi ziyana görə isə ona 40 min manat təzminat ödənilməsi barədə qərar çıxarılıb.  Hakim Əfsanə Heydərova qərarı hadisədən xeyli vaxt keçməsi ilə əsaslandırıb. "Müəyyən müddətin keçməsi ilə mənəvi sarsıntının dərəcəsi əvvəlki dövrlə müqayisədə nisbətən azala bilir”, - qərarda qeyd olunub.  Daha öncə məhkəməyə müraciət etmiş R.Ocaqverdiyevin həyat...

Seçilmiş Videolar

Toplum TV loqo