sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki üzvü dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunub.
Onlar Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevdir.
Onların həbsindən verilən şikayətə martın 13-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Təqsirləndirilən Z.Əsgərovun vəkili Nemət Kərimli Azadlıq Radiosuna həbs qərarının əsassız olduğunu bildirib.
Vəkilin sözlərinə görə, cəbhəçi özünü təqsirli bilmir.
Apellyasiya Məhkəməsi Binəqədi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Binəqədi Rayon Məhkəməsi hər iki cəbhəçiyə 2 aylıq həbs qətimkan qərarı vermişdi.
Hər iki AXCP üzvü martın 7-də saxlanılıb.
Onlar Cinayət Məcəlləsinin dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə maddəsiylə ittiham olunurlar.
AXCP sədri Əli Kərimli martın 11-də deyib ki, Zaur Əsgərov və Gündüz Mirzəyevə qafrşı ittihamlar “qondarmadır”.
“Bununla da AXCP-nin hazırda həbsdə olan üzvlərinin sayı 14 nəfərə çatıb, son illərdə uzun müddətli siyasi məhbus həyatı yaşayan üzvlərinin sayı isə 50 nəfəri keçib”, o öz "Facebook" səhifəsində yazıb.
Həbsdə olan AXCP üzvləri həbslərini siyasi sifariş adlandırırlar.
Hökumət nümayəndələri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Bəşir Süleymanlı/şəxsi arxiv
Meydan TV
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb
ABŞ təyyarə motoru hissələrinin Azərbaycana satışını qadağan etməyə hazırlaşır