Bəşir Süleymanlı/şəxsi arxiv
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı həbs olunub.
Hüquq müdafiəçisi Samir Kazımlının məlumatına görə, Binəqədi rayon məhkəməsində onun barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.
İlkin məlumata görə B.Süleymanlı Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Bəşir Süleymanlı martın 14-də saxlanılıb.
Onun yerli və beynəlxalq QHT-lərə qarşı açılmış cinayət işi üzrə həbs olunduğu ehtimal edilir.
2014-cü il mayında 3 il 6 ay azadlıqdan məhrum edilmişdi.
O, külli miqdarda mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu. Bəşir Süleymanlının özü həbsini siyasi sifariş sayırdı.
Hüquq müdafiəçisi 2015-ci ilin mayında Prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları B.Süleymanlını vicdan məhbusu elan etmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Meydan TV
sosial media
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb
“Hökumətin fakt kimi sırıdığı fotoları özüm paylaşmışam” - Şəmşad Ağa