BMT işçi qrupu Vardanyanın ifadə azadlığına görə həbs olunması iddiasını rədd edib
açıq mənbədən götürülüb
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs edildiyinə dair iddiaları rədd edib.
İşçi qrupu Vardanyanla bağlı müraciətə Yekun Rəyini dərc edib.
Rəydə vurğulanır ki, Azərbaycan tərəfi Vardanyanı ağır cinayətlər törətməkdə, o cümlədən çoxsaylı şəxslərin ölümündə, külli miqdarda əmlakın dağıdılmasında, terrorizmin maliyyələşdirilməsində və qanunsuz silahlı birləşmələrin yaradılmasında ittiham edib.
İşçi Qrupuna görə, onun həbsi bu cinayət ittihamları əsasında həyata keçirilib.
Bəyanatda Vardanyanın hüquqlarını müdafiə etdiyinə və ya siyasi bəyanatlar verdiyinə görə həbs edildiyi iddiası da rədd edilib.
R.Vardanyanın işi ilə bağlı mətbuatda və vəzifəli şəxslərin çıxışlarında təqsirsizlik prezumpsiyasının pozulmasına dair iddialar araşdırılıb.
İşçi Qrupunun yekun qərarına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin 27 sentyabr 2023-cü il tarixli rəsmi məlumatında R.Vardanyanın yalnız istintaqa cəlb edildiyi vurğulanıb və onun təqsirli olması ilə bağlı birbaşa ifadələrə yer verilməyib. Beləliklə, təqsirsizlik prezumpsiyasının pozulması müəyyən edilməyib.
İşçi Qrupun Rəyində ifadə və birləşmək azadlıqlarının mütləq olmadığı və milli təhlükəsizlik və ictimai asayişlə bağlı səbəblərə görə məhdudlaşdırıla biləcəyi bir daha təsdiq edilib.
Rəy Vardanyana qarşı ittihamlara əsaslanaraq, onun hərəkətlərinin milli təhlükəsizliyə qanuni təhdid yaratdığı qənaətinə gəlib.
R.Vardanyana Cinayət Məcəlləsinin 100-cü (təcavüzkar müharibə başlama və ya aparma), 107-ci (əhalini deportasiya etmə və məcburi köçürmə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120-ci (qəsdən adam öldürmə) və başqa maddələriylə ittiham verilib.
R.Vardanyanla yanaşı, hazırda Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikası"nın prezidenti olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət daha 15 nəfərin də məhkəməsi gedir.
Vardanyan tək, onlarsa birlikdə mühakimə olunurlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsinin istifadəsi qeyri-müəyyən və qəbulolunmazdır”
Reuters
Toplum TV
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb
ABŞ təyyarə motoru hissələrinin Azərbaycana satışını qadağan etməyə hazırlaşır