Ölkə

Dövlət Turizm Agentliyində yoxlamalar aparılır

14 Mart, 2025
15

açıq mənbədən götürülüb

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır. 

Məlumata görə, yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində (DTA) dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir. 

Bu barədə APA informasiya agentliyi məlumat yayıb. 

Martın əvvəlində DTA sədri Fuad Nağıyevə Prezident İlham Əliyevin sərəncamı ilə “işində yol verdiyi nöqsanlara görə” şiddətli töhmət verilib.

Ancaq sərəncamda töhmətin nədən ibarət olduğu və konkret hansı nöqsanlardan söhbət getdiyi qeyd olunmayıb. 

50 yaşlı Nağıyev 2018-ci ildən Dövlət Turizm Agentliyinin sədridir.

Buna baxmayaraq, hökumətyönlü mediada Nağıyevin rəhbərlik etdiyi təşkilatda çalışan əməkdaşların xidməti yazışmaları xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürdükləri, Nağıyevin və işçilərinin də məhz buna görə cəzalandırıldığı iddia olunub. 

“Lent.az” xəbər saytında yayımlanan məqalədə, həmçinin Nağıyevin “Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən” “Transparency International” təşkilatında çalışmış şəxsləri rəhbərlik etdiyi quruma gətirdiyi yazılıb. 

 “Transparency International”ın Azərbaycandakı nümayəndəliyi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” təşkilatı martın 5-i fəaliyyətini dayandırıb

Bir neçə gün əvvəl yayılan məlumata görə, agentliyin Nicat Hüseynov adlı əməkdaşı martın 4-ü Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub və məhkəmə qarşısına çıxarılıb. 

Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Xəbərdə Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi yazılsa da, onun hansı maddə ilə ittiham olunduğu və həbs qətimkan tədbirinin müddəti bildirilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

İKTA: Azərbaycanda internetin sürəti zəif deyil

10 Mart 2025

Toplum TV

“Azərbaycanda internetin sürəti zəif deyil”. Bunu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə deyib. O, son 3 ildə ölkə üzrə internet sürətinin üç dəfə artdığını bildirib:  “Əvvəlki dövrlərlə müqayisə etsəniz, internetin keyfiyyəti ilə bağlı kifayət qədər irəliləyişlər görə bilərsiniz. Ölkədə "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. Odur ki, Azərbaycanda internetin sürətinin zəif olması fikri ilə razı deyiləm". Azərbaycanda internet provayderləri ötən ilin avqustunda tarifləri artırıb. Bundan sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətləri 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25...
Ölkə

Neft Emalı Zavodunda yanğın olub

5 Mart 2025

APA

Bu gün səhər saatlarında Bakıda Neft Emalı Zavodunun ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. “Yanğın geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb", - məlumatda bildirilir. Yanğının səbəbi və tələfat barədə məlumat verilmir. Neft Emalı Zavodu (NEZ) 15 növ məhsul istehsal edir. Bu məhsullar, əsasən, benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu və mazutdur. 1953-cü ildə inşa edilən zavodda bir neçə dəfə yenidənqurma işləri aparılıb.

Seçilmiş Videolar

Toplum TV loqo