Meydan TV
“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və Fatimə Mövlamlı barəsində olan həbs qətimkan tədbiri 3 ay uzadılıb.
Qərarları martın 14-də Xətai Rayon Məhkəməsi verib.
Məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib.
Aynur Elgünəşin, Aytac Tapdığın və Natiq Cavadlının məhkəmə prosesləri ayrı-ayrılıqda onlayn formatda, Xəyalə Ağayevanın iclası isə məhkəmə binasında keçirilib.
Ötən il dekabrın 6-da Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlar qaçaqmalçılıqda ittiham olunurlar.
Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb.
Bu il fevralın 5-də “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa da saxlanılıb.
Fevralın 20-də jurnalist Nurlan Libre, fevraın 28-də isə jurnalist Fatimə Mövlamlı da bu iş üzrə saxlanılıb.
Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.
Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Bəşir Süleymanlı/şəxsi arxiv
sosial media
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
“Erasmus+” proqramı Azərbaycanda fəaliyyətini dayandırıb
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
“Toplum TV işi” üzrə təqsirləndirilənlər şəxslərin əmlaklarına həbs qoyulması qanunidirmi? - “Tribunat” araşdırıb
“Hökumətin fakt kimi sırıdığı fotoları özüm paylaşmışam” - Şəmşad Ağa