Məhkəmə

Əhməd Məmmədli məhkəmədə: Mənə işgəncə verirdilər, gözümdən qan gəlirdi, onda başa düşdüm ki, saxlanılmışam

19 Sentyabr, 2025
325

Foto: VOA

Həbsdə olan ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“E-huquq.az”ın xəbərinə görə, sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Məmmədlinin vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin şüşə qəfəs arxasında deyil, vəkil yanında əyləşməsini məhkəmədən xahiş edib. 

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Ə.Məmmədli elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin, daha sonra zərərşəkmiş qismində tanınan şəxsin dindirilməsi ilə bağlı qərar qəbul edib.

Ə.Məmmədlinin vəkili müdafiə etdiyi şəxsin zərərçəkmiş məhkəmədə iştirak etdiyi təqdirdə ifadə verməsi ilə bağlı vəsatət verib. Məhkəmə bu vəsatəti təmin etməyib.

Ardınca Əhməd Məmmədli saxlanıldığı gün yaşadıqlarını danışıb:

“Taksidə öndə, sürücünün yanında bir qadın oturmuşdu. Sürücünün arxasında zərərçəkmiş kimi tanınan Vüqar Dünyamalıyev, qapı tərəfdə isə mən əyləşmişdim. Bizim ortamızda isə tanımadığım başqa şəxs əyləşmişdi. “Manatlıq taksi” idi və son sərnişin mən idim. Yol boyu hər hansı bir mübahisə olmayıb. Hər kəs yorğun qayıdırdı. Daha sonra Vüqar sürücüyə düşəcəyini dedi. Maşın kor nöqtədə, yolun sağ tərəfində saxladı, sonra qapı açıldı. Çöldə bir nəfər hazır gözləyirdi. Mən oturduğum tərəfin qapısını açdı. Məni çölə çıxarıb yerə atdı. Daha sonra Vüqar yaxınlaşdı və mənə ağır xəsarətlər yetirməyə başladı. Mənə işgəncə verirdilər, bədənimə tok verirdilər, hətta gözümdən qan gəlirdi. Onda başa düşdüm ki, artıq polis tərəfindən saxlanılmışam. Mənə suallar verməyə başladılar: “Hansı mediada işləyirsən? Kimin məhkəməsinə getmisən?” və s. İşgəncələrdən sonra məni qandallayıb maşına qoydular. Mən polis maşınında əyləşib xəyali cinayətin qurulmasına baxırdım. Yalandan yerə bıçaq atdılar, Vüqar yerə yıxılıb qışqırmağa başladı. İzləyirdim görüm hansı ssenari quracaqlar. Ərazini lentlədilər, bıçağı isə götürüb sellofana qoydular”, - deyə Ə.Məmmədli ifadəsində bildirib.

Zərərçəkmiş qismində tanınan şəxsin məhkəmədə iştirakının təmin edilməsi ilə əlaqədar növbəti iclas oktyabrın 2-ə təyin olunub.

Əhməd Məmmədli mayın 6-da saxlanılıb və mayın 8-də barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 
O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur. 
Özü ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo