Fazil Qasımov Penitensiar Xidmət əməkdaşları tərəfindən hədələndiyini deyir
Foto: sosial media
Sentyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində iqtisadçı Fazil Qasımovun işi üzrə növbəti baxış iclası keçirilib.
Hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda F.Qasımov çıxış etməzdən öncə vəkili ilə ünsiyyət üçün vaxt istəyib, amma hakim bunu təmin etməyib.
Daha sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılarkən ötən ilin yanvarın 24-də məhkəmə iclasında Penitensiar Xidmətin əməkdaşları tərəfindən hücuma məruz qaldığını xatırladıb.
İqtisadçı bildirib ki, hazırda da ona Penitensiar Xidmət əməkdaşları tərəfindən hədə-qorxu gəlinir. O deyib ki, cəzaçəkmə müəssisəsinə qayıtdıqdan sonra ona qarşı hücumlar ediləcəyi barədə hədələnib.
Daha sonra F.Qasımov indiyə qədər verdiyi vəsatətlərin heç birinin məhkəmə tərəfindən təmin edilmədiyini, eləcə də hakimlərin qərəzli olduqlarını deyərək məhkəmə heyətinə etirazını bildirib.
Eyni zamanda o, məhkəmə kollegiyasının "ona qarşı özbaşınalığına son verilməsini" istəyib.
Dövlət ittihamçısı Tural Qəhrəmanov etirazın əsassız olduğunu deyib və etirazın təmin edilməməsini istəyib. Hakim etirazı təmin etməyib.
F.Qasımovun yeni, dövlət hesabına təyin olunan vəkili Şamil Nəcəfov müvəkkilinin həm ibtidai istintaq, həm də məhkəmə zamanı müdafiə hüququnun pozulduğunu deyərək cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi üçün vəsatət verib. Dövlət ittihamçısı vəsatətin baxış iclasının predmeti olmadığını deyib və təmin edilməməsini istəyib. Hakim bu vəsatəti də təmin etməyib.
Məhkəmənin növbəti baxış iclası 29 sentyabr saat 14:00-a təyin edilib. Bu iclasda yekun qərarın elan edilməsi gözlənilir.
İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub. Özü isə ittihamı rədd edir.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.
Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sosial media
Sosial media
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"