Məhkəmə

Fərid Mehralızadə: "Heç ibtidai icma quruluşunda belə əsassız mühakimə aparılmazdı"

9 Aprel, 2025
79

Amerikanın Səsi

“Abzas Media” işi üzrə məhkəmə prosesində hakim jurnalistlərin özlərini müdafiəsinin qarşısını alıb və gələn şahidlərə sual verilməsinə imkan verməyib.

“Abzas Media” yazır ki, aprelin 8-də baş tutan prosesdə iş üzrə həbs olunan Fərid Mehralızadə sərbəst ifadə edib.

O deyib ki, “Abzas Media” ilə əlaqəsi yoxdur və onu Azadlıq Radiosunun Azərbaycan xidmətində yayımlanan iqtisadi mövzuda araşdırmalarına, təhlillərinə görə cəzalandırıblar.

Mehralızadə 2024-cü il mayın 30-da səhər saat 08:30 radələrində işə gedərkən başına torba keçirilərək zorakılıqla saxlandığını bildirib və qeyd edib ki, Bakı şəhər Baş Polis İdarəsində telefonunun şifrəsini verməkdən ötrü fiziki və psixoloji təzyiqlərə məruz qalıb.

Jurnalist ittiham tərəfinin onun "Abzas Media"da işləməsi, oradan ödəniş alması ilə bağlı heç bir sübut tapa bilmədiyini əlavə edib.

"Cinayət Prosessual Məcəllənin təqsirsizlik prezumpsiyası ilə bağlı maddəsində qeyd edilir ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyil və ittihamı sübuta yetirmək ittiham tərəfinin üzərinə düşür. Ancaq cinayət işi materiallarında mənim qaçaqmalçılıq və digər cinayətləri necə törətməyim, hansı tarixdə ölkəyə nə qədər xarici valyuta gətirdiyim və kimə verdiyim barədə nə var? Hansı sübutlar cinayətin obyektini və subyektini təsdiq edir? Sizi əmin edirəm ki, heç ibtidai icma quruluşunda yaşayan qəbilələrdə belə əsassız mühakimə aparılmazdı. Biz faktiki olaraq sübuta yetirilməmiş cinayət ittihamından özümüzü müdafiə edirik", jurnalist qeyd edib.

O ifadəsinin sonunda hakimə Azərbaycan Respublikasının Konstitusiyasını hədiyyə edib:

"Bu cinayət işində tutduqları mövqedən sonra məndə belə təəssürat yaranıb ki, ittiham tərəfinin Azərbaycan Respublikasının Konstitusiyasından, xüsusilə də insan hüquq və azadlıqlarından bəhs edən hissədən xəbəri yoxdur. Ona görə də mən bu kitabı prokurora hədiyyə edirəm və ümid edirəm ki, bu istiqamətdəki biliklərini artıra biləcək", jurnalist deyib.

Dövlət ittihamçısı “Abzas Media” ilə əlaqəsinin olmadığını vurğulayan Mehralızadəyə eyni sualları təkrar verdikdə mübahisə yaşanıb.

Medianın  təsisçisi və direktoru Ülvi Həsənli isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirən Penitensiar Xidmət avtomobilinin şəraitsizliyindən şikayət edib.

O bildirib ki, avtomobilin içərisi tamamilə havasız və isti olub, kondisioner işləməyib. Hakim isə şikayətlərin aidiyyəti qurumlara çatdırılacağını bildirib və əlavə edib ki, o, ancaq proseslə bağlı cavabdehlik daşıyır.

Daha sonra iş üzrə dindirilən şahid Şəms Sultanlı medianın baş redaktoru Sevinc Vaqifqızı barəsində danışıb və onu müəllim kimi tanıdığını və ondan pul almadığını qeyd edib.

Növbəti şahid Ənvər Cəfərov deyib ki, o, iş yerinin yanında çörək almağa çıxanda saxlanılıb və telefonunun parolu zorla alınıb.

Təqsirləndirilən jurnalistlər şahidə zorakılığa və digər təzyiqlərə məruz qalıb-qalmaması ilə bağlı suallar verdikdə, hakim şahidin cavab verməsinə imkan verməyib.

Ənvər Cəfərov zaldan sürətli şəkildə çıxarılıb. Bu isə etirazlara səbəb olub. Hakim prosesi aprelin 22-nə təxirə salıb.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Əvvəl nəşrin təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, daha sonra baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. 

İlkin olaraq onlar qaçaqmalçılıqda ittiham ediliblər, daha sonra isə ittiham ağırlaşdırılıb. 

Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. 

Qanunvericiliyə görə, bu maddələrə görə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Orduxan Teymurxan da Baş Prokurorluğa çağırıldı

17 Aprel 2025

Orduxan Teymurxan/şəxsi arxiv

Hollandiyada yaşayan siyasi mühacir Orduxan Teymurxan da Baş Prokurorluğa çağırılb. Baş Prokurorluqdan İTV-yə verilən məlumatda belə deyilir. Bildirilir ki, təqsirləndirilən şəxs Bəbirov Orduxan Teymurxan oğlu barəsində Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib. Baş Prokurorluq bildirir ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 may 2025-ci il tarixində, saat 12:00-da İstintaq idarəsinin inzibati binasına gəlməlidir. Vurğulanıb ki, O.Teymurxanın CM-nin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, Orduxan Teymurxan bir sıra şəxslərlə birlikdə “YouTube” və “Facebook”da yerləşdirdiyi videoçarxlarda Azərbaycan hakimiyyətinə...
Məhkəmə

Vəkil: Tofiq Yaqublu görmə qabiliyyətini itirir, danışmaqda çətinlik çəkir

17 Aprel 2025

Fərqanə Novruzova

Həbsdə olan və 17 gündür aclıq aksiyası keçirən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu görmə qabiliyyətini itirmək üzrədir.  Bunu vəkil Aqil Layıc aprelin 17-də Yaqublu ilə görüşdən sonra bildirib.  O əlavə edib ki, siyasətçi artıq yeriyə bilmir və fiziki dəstək olmadan hərəkət edə bilmir. Yaqublunu vəkillə görüşə elektromobildə gətiriblər.  Yaqublu vəkilə deyib ki, onun fiziki məhvinə doğru aparan aclıq, əksinə, onu psixoloji olaraq güclü edir.  “O, ədalətə nail olmaq üçün fiziki məhv olmasını belə göz önünə alır”, - Layıc siyasətçiyə istinadən qeyd edib.  Siyasətçi danışmaqda da çətinlik çəkdiyi üçün vəkillə görüş qısa çəkib.  Yaqublu martın 10-da Bakı Ağır...

Seçilmiş Videolar

Toplum TV loqo