Məhkəmə

Orduxan Teymurxan da Baş Prokurorluğa çağırıldı

17 Aprel, 2025
194

Orduxan Teymurxan/şəxsi arxiv

Hollandiyada yaşayan siyasi mühacir Orduxan Teymurxan da Baş Prokurorluğa çağırılb.

Baş Prokurorluqdan İTV-yə verilən məlumatda belə deyilir.

Bildirilir ki, təqsirləndirilən şəxs Bəbirov Orduxan Teymurxan oğlu barəsində Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

Baş Prokurorluq bildirir ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 may 2025-ci il tarixində, saat 12:00-da İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Vurğulanıb ki, O.Teymurxanın CM-nin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib.

Həmin qərara əsasən, Orduxan Teymurxan bir sıra şəxslərlə birlikdə “YouTube” və “Facebook”da yerləşdirdiyi videoçarxlarda Azərbaycan hakimiyyətinə ittihamlar yönəldib.

Buna ölkədə hakimiyyətin zorla ələ keçirilməsi, zorla saxlanılması, konstitusiya quruluşunun zorla dəyişdirilməsi daxildir.

Qərarda, həmçinin O.Teymurxanın zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsi və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

Orduxan Teymurxan hələki xəbərə münasibət bildirməyib.

Azərbaycan Baş Prokurorluğu son dönəmlər mühacirətdə olan bir neçə şəxsi İstintaq İdarəsinə çağırıb. 

Aralarında bəzi bloqqer, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər.

Onların arasında ”Akkord" şirkətinin rəhbəri İlqar Hacıyev, bloqqerlər Məhəmməd Mirzəli, Elşad Məmmədov və Qabil Məmmədov, "Azərifreedom" kanalının rəhbəri Qurban Məmmədov da var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

İmran Əliyevin işində şahidlər dindirilməyə başlanıb 

1 İyul 2025

Foto: sosial media

İyulun 1-də “Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyev, polis nəzarətinə verilən ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduqları cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsi başlayıb.  İfadə verən Elçin Hüseynzadə adlı şəxs bildirib ki, ibtidadi istintaqda 1 il əvvəl dindirilib və həmin vaxt dediyi heç nəyi xatırlamır. Növbəti məhkəmə prosesi iyulun 15-nə təyin edilib. Proses şahid ifadələri ilə davam edəcək. İlkin olaraq qaçaqmalçılıqda ittiham edilən İmran Əliyev 2024-cü ilin aprelində saxlanılıb.   Sayt rəhbəri saxlanıldığı zaman polislərin onu döydüyünü, bədəninə elektrik cərəyanı verərək ona...
Məhkəmə

Özünü təqsirli bilirsən? - İlkin Əmrahov yazır

1 İyul 2025

Foto: sosial media

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı, “Toplum TV işi” üzrə həbsdə olan  İlkin Əmrahov istintaq təcridxanasından yazır.   Növbəti “məhkəmə” prosesində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyev qondarma cinayət işi üzrə özümü təqsirli bilib - bilməməyimi soruşacaq.   Bəli, mən özümü ondan ötrü təqsirli bilirəm ki, uşaq yaşlarından ailədə insanlara ləyaqət və hörmət göstərməyi əsas tutan tərbiyə ilə böyümüşəm.   Təqsirim var, çünki, kitaba, elmə maraq göstərmişəm. Siyasi idarəetmə fakültəsində ali təhsil almışam. İnsan hüquqlarına söykənən, insana ən ali dəyəri verən demokratik - hüquqi dövlət anlayışı haqqında müəyyən qədər fikirlərim formalaşıb.   Təqsirkaram, özümü inkişaf etdirmək, bilik və bacarıqlarımı artırmaq istəmişəm....

Seçilmiş Videolar

Toplum TV loqo