Məhkəmə

Həbsdə olan “Meydançı”lar: Hakimiyyət yeni saxtakarlığa hazırlaşır

15 Avqust, 2025
314

Foto: Meydan TV

Meydan TV-nin həbsdə olan əməkdaşları bəyanat yayıb. 

Nəşrin avqustun 15-də dərc etdiyi bəyanatı olduğu kimi təqdim edirik:

Biz “Meydan TV işi”nə görə həbs olunanlar 8 aydır istintaqa deyir, ictimai şəkildə bəyan edirik ki, bu media qurumu ilə heç bir əlaqəsi olmayan adamları sıramıza qoşublar. Xüsusilə Bakı Jurnalistika Məktəbinin ( BJM ) təmşilçisi Ülvi Tahirovun Meydan TV ilə heç bir bağı yoxdur, həbsinə səbəb baş redaktor Aynur Elgünəşlə dostluğudur.

İndi məlum olur ki, Meydan TV ilə bağlı planlaşdırdıqları məqsədlərinə nail ola bilməyən istintaq işi BJM-in fəaliyyəti, daha doğrusu mailiyyəsi ilə bağlı suallar verilir, mənşəyi məlum olmayan, Meydan TV ilə əlaqəsi göstərilməyən şəxslərin adı yazılmış sənədlər əsasında ifadə almağa çalışılır. BJM 20 il fəaliyyət göstərmiş qeyri hökumət təşkilatıdır, yüzlərlə jurnalistə təlim vermiş məktəbdir. 

Bu məktəbtin məzunları az qala bütün media resurslarında, telekanallarda təmsil olunurlar. Meydan TV-nin də bir neçə əməkdaşı, o cümlədən baş redaktoru həmin məktəbin məzunlarıdır. Baş redaktor Aynur Elgünəşlə Ülvi Tahirovun dostluğu da BJM-də başlayıb. 

Aynur Elgünəş 2009-2011-ci illərdə bu məktəbin nəzdində olan “ var.az “ saytının baş redaktoru olub, ictimai jurnalistikadan təlimlər verib. 2014-cü ildən başlayaraq məktəb profilini dəyişib və multimedia üzrə təlimlər keçirilib. 

Aynur Elgünəş fərqli (çap mediası) ixtisaslaşdığı üçün təlimlər dayandırılıb və işgüzar əlaqələri kəsilib. Ancaq mənəvi bağları səbəbindən vaxtaşırı BJM-in ofisinə, Ülvi Tahirovun yanına gedib. Onun təlimçi kimi çalışdığını son 10 ildə  BJM-in məzunu olmuş istənilən jurnalist təsdiqləyə bilər. 

Hətta bu cür olmasa belə, Aynur Elgünəşin hansısa quruma şəxsi bağlılığı Meydan TV-nin həmin qurumla bağlılığı deyildir. Meydan TV Almaniyada qeydiyyatdan keçmiş rəsmi fəaliyyət göstərən media qurumudur və BJM ilə heç bir işgüzar əlaqəsi olmayıb.

Aylardır fəaliyyətimizə heç bir dəxli olmayan şəxsləri məcburi şahidliyə cəlb edən, təzyiq altında ifadə alan, həbs olunanların evinə, üzərinə pul qoyan istintaq bu məbləğlərin, saxta ifadələrin istənilən effekti vermədiyini, maxinasiya, qaçaqmal, çirkli pulların yuyulması və s-ni görüb, işin məcrasını dəyişib. Belə ki, BJM-in fəaliyyəti ilə bağlı hazırlanan, mənşəyi bəlli olmayan sənədlər üzərindən 1 milyon civarında vəsaitin əldə olunması görüntüsü yaradılır. 

Yenə də eyni xətlə 80 min manata yaxın vergidən yayınma ittihamı nəzərdə tutulub. Halbuki bütün “yükləmələr”, saxta sənədlər hesabına əldə edilən rəqəm heç 160 min manatı keçmir ki, bu da həbs olunan 11 nəfər üçün gülünc məbləğdir. Ona görə də BJM-in qrant layihələri alması iddiası və həmin məbləğlərin nisbəti götürülərək (daha çox uydurularaq ) həbslərə əsas yaradılır. 

Ancaq bunu o qədər səriştəsiz və savadsız şəkildə edirlər ki, adam bir daha əmin olur – məqsəd nədə ittiham etmək deyil, həbs etməkdir. Belə görünür ki, BJM-in təlim otağının qapısını belə açmayan jurnalistər – Şəmşad Ağa, Natiq Cavadlı, Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Ülviyyə Əli, Nurlan Libre bu təşkilatın adına yazılmış hansısa saxta sənədlər əsasında cəzalandırılırlar.

Anlayırıq, Azərbaycan həbsxanaları günahsız insanlarla doludur. Bizdən öncə həbs olunan jurnalistlər, siyasi fəallar da hakimiyyətin şərinə məruz qalıb, bu cür saxta ittihamlarla cəzalandırılıblar. Belə bir görüntü yaranıb ki, hansısa cinayət işi açılır, əlaqəsi oldu-olmadı, hakimiyyətin “radar”ına düşən hər kəs ona cəlb edilir.

Biz Meydan TV-yə qarşı sürülən ittihamların heç birini qəbul etmirik, bunu jurnalist fəaliyyətimizlə əlaqələndiririk. Biz həmçinin onsuz da saxta açılmış cinayət işinə daha bir saxtakarlığın əlavə olunmasına qarşıyıq. Biz siyasi hakimiyyətdən özümüzə qarşı ləyaqətli davranış tələb edirik! Bir daha bəyan edirik ki, BJM ilə Meydan TV arasında heç vaxt işgüzar münasibət olmayıb, əksini sübut edəcək heç bir sənəd, sübut yoxdur. Buna görə də BJM işinin Meydan TV-dən ayrılmasını tələb edirik.

İctimaiyyət üçün siyasi şou yaradan hakimiyyətə deyirik ki, gözləntiləriniz fiaskoya uğrayıbsa, bunu başqa bir saxtakarlıqla kompensasiya etməyin. Bizim əməlimizdə cinayət tərkibi yoxdur. Jurnalistika cinayət deyil!


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo