Məhkəmə

“Toplum TV işi” üzrə növbəti məhkəmə olacaq

13 İyul, 2025
79

Foto: Toplum TV

İyulun 14-də “Toplum TV işi” üzrə həbs olunanların növbəti məhkəmə prosesi olacaq.

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq iclas saat 10:00-a təyin olunub.

Ötən prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov öncəki iclasdakı çıxışına davam edib. 

Həmçinin, Toplum TV əməkdaşı Fərid İsmayılov vəsatətlər qaldırıb. Vəsatətlərin birində o, hökumətyönlü mediada haqqında gedən, istintaq sirri olduğu iddia edilən yazıların araşdırılmasını istəyib. 

Hakim ondan növbəti iclasda sözügedən yazıların ekran görüntülərini (“skrinşot”) təqdim etməsini istəyib. 

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV” nin ofisində əməliyyat keçirib və qapısını möhürləyib. 

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Həbsdə olan ictimai fəalın atası insult keçirib

13 İyul 2025

Foto: Sosial media

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Möhyəddin Orucovun atası Şahbəddin Orucov işemik insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.  Bu barədə Toplum TV-yə ictimai fəalın ailəsi və “İşçi Masası”nın İdarə Heyətinin üzvü Tural Fərzili məlumat verib. Məlumata görə, iyulun 10-u gecə saatlarında Ş.Orucovun qəfildən halı pisləşib və o, Nizami Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. T.Fərzili bildirir ki, Ş.Orucov iyulun 12-də reanimasiyadan palataya köçürülüb və müalicəsi davam etdirilir. “Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğu üçün dövlət tərəfindən verilmiş “Naz Lifan” markalı  avtomobilə 40 min manatdan çox saxta cərimə qoyaraq Ş.Orucovun əlindən aldılar. Bundan sonra isə onun halı günü-gündən pisləşməyə başladı”, - deyə...
Məhkəmə

Anar Abdulla inzibati qaydada 30 sutka həbs edilib

11 İyul 2025

Foto: VOA

İctimai fəal Anar Abdulla iyulun 11-də inzibati qaydada 30 sutka həbs edilib.  “Abzas Media”nın xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib. A.Abdulla Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddələrilə təqsirli bilinib. O, məhkəmədə bildirib ki, Atatürk Prospektində avtobusdan düşəndə saxlanılıb və heç bir inzibati xəta törətməyib. Anar Abdulla aprelin 8-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli  qarşı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində tanınıb. O, qaçaqmalçılıq da daxil olmaqla 8 maliyyə cinayətində ittiham olunur. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Seçilmiş Videolar

Toplum TV loqo