Məhkəmə

Həbsdə olan ictimai fəalın atası insult keçirib

13 İyul, 2025
419

Foto: Sosial media

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Möhyəddin Orucovun atası Şahbəddin Orucov işemik insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Bu barədə Toplum TV-yə ictimai fəalın ailəsi və “İşçi Masası”nın İdarə Heyətinin üzvü Tural Fərzili məlumat verib.

Məlumata görə, iyulun 10-u gecə saatlarında Ş.Orucovun qəfildən halı pisləşib və o, Nizami Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

T.Fərzili bildirir ki, Ş.Orucov iyulun 12-də reanimasiyadan palataya köçürülüb və müalicəsi davam etdirilir.

“Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğu üçün dövlət tərəfindən verilmiş “Naz Lifan” markalı  avtomobilə 40 min manatdan çox saxta cərimə qoyaraq Ş.Orucovun əlindən aldılar. Bundan sonra isə onun halı günü-gündən pisləşməyə başladı”, - deyə Tural Fərzili qeyd edib.

“Sadəcə əzilən, istismar olunan iş yoldaşlarının və özünün haqlarını tələb etdiyi üçün 25 yaşlı bir gəncin həyatından 3 ilini, sağlamlığını aldılar, ailəsinə isə olmazın zülmünü edirlər.

Bu o deməkdir ki, Azərbaycanda yaşayan heç kim bu şeylərdən sığortalanmayıb”, - “İşçi Masası”nın İdarə Heyətinin üzvü vurğulayıb.

Möhyəddin Orucov ilk dəfə 2023-cü ilin oktyabrında polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 1 aylıq həbs edilib. Lakin o, azadlığa buraxılandan qısa müddət sonra – dekabrda yenidən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. 

Orucov ittihamları qəbul etməyib.

O, məhkəmədə qeyd edib ki, anbardar işlədiyi "ATEF" Şirkətlər Qrupunda işçilərin hüquqlarının pozulmasını ictimailəşdirdiyinə görə şirkət rəhbərliyi ilə polisin iş birliyi nəticəsində həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində 3 il azadlıqdan məhrumetmə cəzası çıxarıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo