Məhkəmə

İlhamə Elşadqızı 3 il azadlıqdan məhrum edildi

24 Sentyabr, 2025
64

Foto: azxeber.az

Tiktoker və şair İlhamə Elşadqızının (Əsgərova) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, İlhamə Elşadqızı 3 il azadlıqdan məhrum edilib.

Məhkəmə ifadələrinin birində İ.Elşadqızı baş verənlərin arxasında “TikTok”-da səsləndirdiyi ifadələrin dayandığını demişdi. 

Elşadqızı bildirib ki, ona qarşı irəli sürülən narkotik ittihamı böhtandan başqa bir şey deyil:

“Narkotik, narkomaniya nədir? Bu yaşımda mənə qara ləkə vururlar. Allah yuxarıdan baxır. Mənə böhtan atıb əllərimi qandalladılar, təhqir elədilər, başımı divara vurdular.

Onun sözlərinə görə, “TikTok”-da dediyi ifadələrə görə həbs olunduğu açıq şəkildə özünə də bildirilib.

İlhamə Elşadqızı 2024-cü ilin dekabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma və saxlama) ilə ittiham irəli sürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Aytac Tapdıq: İlham Əliyevin ölkədə sorğulayan heç bir jurnalisti görməyə dözümü qalmayıb

29 Sentyabr 2025

Foto: sosial media

“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Aytac Tapdıq saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır: Nahar üçün marketdən bir şeylər alıb çıxırdım ki, mülki geyimdə, cüssəli iki adam qollarımdan dartıb zorla məni avtomobilə sürüklədi. Mindirilərkən ətrafdakıların eşitməyi üçün “Mən jurnalistəm” deyə qışqırırdım. Yeganə “cinayətim” müstəqil media işçisi olmağım ola bilərdi. 10 il öncə yoldan belə oğurlanıb Bandotdelə aparıldım. Həbsimin 10-cu ayında payızın gətirdiyi melanxolik ab-hava məni 10 il əvvələ, başladığım yerə qaytardı – 2015, 16 sentyabr. Cəmi 4 ay Meydan TV-də jurnalistikaya başlamağım təqib olunmağıma kifayət etmişdi. Həbsimi isə hələ 10 il gözləməli olacaqdım. 5 saat vəkildən, ailəmdən xəbərsiz Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə...
Məhkəmə

"Toplum TV işi": İstintaq sübutları saxtalaşdırıb

29 Sentyabr 2025

Foto: Toplum TV

Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli ötən iclasdakı çıxışına davam edib.  Ə.Məmmədli bu dəfəki çıxışında şəxsinə və “Toplum TV”-yə qarşı irəli sürülən ittihamlara cavab verib.  O, ilk olaraq qeyd edib ki, “Toplum TV”-nin dövlət qeydiyyatından keçməməsi iddiası ittiham tərəfinin media sahəsindəki hüquqi tənzimləmədən “xəbərsizliyini göstərir”.  ““Toplum TV” bir domen adıdır. Beynəlxalq Kommunikasiya Assosiasiyasının qaydalarına görə, domen adları beynəlxalq və ya ölkə kodları ilə ola bilər. Məsələn: “com”, “org”, “net”, “info”, “tv” və s. kimi...

Seçilmiş Videolar

Toplum TV loqo