Məhkəmə

Jurnalist Ülviyyə Əli saxlanılıb

7 May, 2025
81

sosial media

Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-ə keçən gecə polis tərəfindən saxlanılıb. 

Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Onların sözlərinə görə, jurnalistin evində axtarış aparılıb, siyirmələr və şkaf rəflərinin qapaqları sındırılıb.

Evdən nə götürüldüyü bilinmir. 

O, əvvəllər “Meydan TV işi”ndə şahid kimi ifadə verib və ölkədən çıxışına qadağa qoyulub. 

Onun məhz bu iş çərçivəsində saxlanıldığı bildirilir. 

Quliyevanın dostları onun həbs olunacağı halda paylaşılmasını istədiyi yazısını yayıblar. 

Yazıda jurnalist bildirir ki, “əgər siz bu yazını oxuyursunuzsa, deməli, mən şərlənərək, hüquqazidd şəkildə jurnalist fəaliyyətimə görə həbs olunmuşam”. O əlavə edib ki, “Meydan TV” ilə heç bir əməkdaşlığı olmayıb. 

“Hamınıza məlumdur ki, Azərbaycan dövlətinin müstəqil mediaya qarşı heç bir dözümü qalmayıb. Bu dözümsüzlük nəticəsində artıq 20-dən çox jurnalist həbsdədir və mən də onlardan biri oldum. 2016-cı ildən bu yana göstərdiyim fəaliyyət nəticəsində hər zaman peşə etikasına sadiq qalmağa çalışmışam və dini, etnik, siyasi kimliyindən, gender və oriyentasiya mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq haqsızlığa məruz qalan hər kəsin problemlərini işıqlandırmaq üçün əlimdən gələni etmişəm. İndi də həbsdəki yoldaşlarım kimi bu fəaliyyətimi davam etdirəcəm”, - o qeyd edib. 

Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. 

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Sonrada “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Jurnalist Ülviyyə Əli həbs olunub

7 May 2025

Fərqanə Novruzova

Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində 1 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə qərarı mayın 7-də Xətai rayon Məhkəməsi çıxarıb.  Ülviyyə Əli “Meydan TV” işi ilə əlaqədar saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Jurnalist Ülviyyə Əli mayın 7-ə keçən gecə saxlanılıb.  Jurnalistin evində axtarış aparılıb, siyirmələr və şkaf rəflərinin qapaqları sındırılıb. Vəkili Elvin Ələmovun sözlərinə görə, Ülviyyə Əlinin evində axtarış aparılarkən 6 min avro aşkarlanıb.  Jurnalist pulun ona aid olmadığını və evə axtarışa gələn polislər tərəfindən yerləşdirdiyini bildirib.  Ülviyyə Əli vəkilə saxlanılarkən zorakılığa...
Məhkəmə

“İşçi Masası”nın üzvü Elvin Mustafayev həbsdə aclığa başlayıb

7 May 2025

Fərqanə Novruzova

“Siyasi və vicdan məhbuslarına xüsusi cəzalar tətbiq olunur”  “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev həbsdə aclığa başlayıb.  Bu barədə “İşçi Masası” mayın 6-da xəbər yayıb.  Qeyd olunur ki, Mustafayev 1 saylı Cəzaçəkmə Müəssisəsində məhbusların hüquqlarının pozulmasına etiraz edir və Tofiq Yaqublu və digər siyasi məhbusların azad edilməsinə çağırır.  “Müəssisəsədəki məhbusların ticarət hüquqları pozulur, köşklərdə qiymətlər çox bahadır. Siyasi və vicdan məhbuslarına xüsusi cəzalar tətbiq edilir. Cərimə kameralarına yerləşdirilmələri, müəssisənin dəyişdirilməsi ilə bağlı olaraq təhdid edirlər və yaxud reallaşdırırlar”, - fəala istinadən bildirilir.  Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb.  2024-cü il yanvarın 31-də Bakı...

Seçilmiş Videolar

Toplum TV loqo