Fərqanə Novruzova
“Siyasi və vicdan məhbuslarına xüsusi cəzalar tətbiq olunur”
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayev həbsdə aclığa başlayıb.
Bu barədə “İşçi Masası” mayın 6-da xəbər yayıb.
Qeyd olunur ki, Mustafayev 1 saylı Cəzaçəkmə Müəssisəsində məhbusların hüquqlarının pozulmasına etiraz edir və Tofiq Yaqublu və digər siyasi məhbusların azad edilməsinə çağırır.
“Müəssisəsədəki məhbusların ticarət hüquqları pozulur, köşklərdə qiymətlər çox bahadır. Siyasi və vicdan məhbuslarına xüsusi cəzalar tətbiq edilir. Cərimə kameralarına yerləşdirilmələri, müəssisənin dəyişdirilməsi ilə bağlı olaraq təhdid edirlər və yaxud reallaşdırırlar”, - fəala istinadən bildirilir.
Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb.
2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.
Mustafayev ittihamı rədd edib və bunu onun “İşçi Masası”ndakı fəaliyyəti ilə əlaqələndirib.
2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: sosial media
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb