Dünya

Kim Çen İn mərmi istehsalının artırılmasına çağırıb

7 May, 2025
184

açıq mənbədən götürülüb

Şimali Koreya lideri Kim Çen İn ölkəsinin silah sənayesində artilleriya mərmilərinin istehsalının artırılmasına çağırıb. 

Bu barədə mayın 7-də bu ölkənin dövlət mediası xəbər verib. 

Koreya Mərkəzi Xəbər Agentliyi bildirib ki, Kim Çen döyüş sursatları və maşınqayırma fabriklərinə səfəri zamanı “fabriklərin modernləşmə səylərini” tərifləyib və deyib ki, bu, illik mərmi istehsalı gücünü ikiqat artırmağa imkan verir. 

Agentlik əlavə edib ki, ölkə başçısı fabrik işçilərini artilleriya mərmisi istehsalını daha da sürətləndirməyə çağırıb, bunu silahlı qüvvələrin "döyüş səmərəliliyini gücləndirmək" üçün vacib hesab edib və həmçinin istehsalı artırmaq üçün daha təkmilləşdirilmiş texnikanın inkişafına çağırıb.

Cənubi Koreya kəşfiyyatı bu yaxınlarda bildirmişdi ki, Şimali Koreyadan 15000 əsgər Rusiya üçün Ukraynada döyüşməyə göndərilib və onların beş mini həlak olub və ya yaralanıb. 

ABŞ da Şimali Koreyanı, Rusiyanı hərbi texnika ilə təmin etməkdə günahlandırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Azərbaycanın tikinti şirkəti Gürcüstanda körpünün uçmasında ittiham olunur 

13 Noyabr 2025

Foto: açıq mənbə

Gürcüstan dövləti aralarında Azərbaycanın "Akkord" tikinti şirkətinin nümayəndələri də olan beş nəfərə qarşı dələduzluq və mənimsəmə maddələri ilə ittihamlar irəli sürüb.  Onlar dövlət vəsaiti hesabına tikintisi həyata keçirilən körpünün uçmasında təqsirləndirilir.  Bunu Gürcüstanın Korrupsiya Cinayətləri ilə Mübarizə Departamentinin rəhbəri Malkaz Kapanadze mətbuat konfrasında açıqlayıb.  Təqsirləndirilənlər arasında Gürcüstanın Yollar Departamentinin sabiq sədr müavini Levan Kupataşvili də var. Ona qarşı mənimsəmədən əlavə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı da irəli sürülüb. Bu ittihamlar üzrə o, 11 ilədək azadlıqdan məhrum edilə bilər. Digər dörd nəfər arasında 2018-ci ildə Gürcüstanda dövlət müqaviləsini qazanmış “Akkord”un adları açıqlanmayan direktoru və iki layihə meneceri, həmçinin işlərə nəzarət edən beynəlxalq...
Dünya

Qazaxıstan parlamentinin aşağı palatası “LGBT təbliğatı”nı qadağa edən qanunu yekdilliklə qəbul edib

12 Noyabr 2025

Foto: açıq mənbə

Qazaxıstan parlamentinin aşağı palatası - Məclis noyabrın 12-də “Arxiv işi və qanunsuz kontentin yayılmasının məhdudlaşdırılması haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Sənədin mahiyyəti “pedofiliya və qeyri-ənənəvi seksual orientasiyanın təbliğini” qadağan edir və Rusiyada qəbul edilən analoji, “LGBT təbliğatı”nı yasaqlayan qanunun surəti hesab olunur. Rusiyada həmin qanun artıq yüzlərlə LGBT nümayəndəsinin ölkəni tərk etməsinə səbəb olub. Qanun layihəsi “uşaqların və yeniyetmələrin rəqəmsal məkanlardakı mənfi məzmundan qorunması ilə bağlı ictimai narahatlığın artması” ilə əsaslandırılıb. Bunu sənədi təqdim edən deputat Elnur Beysenbayev bildirib. Onun sözlərinə görə, dəyişikliklər “pedofiliya və qeyri-ənənəvi orientasiyanın ictimai məkanlarda təbliğini” qadağan edir və uşaqların hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil,...

Seçilmiş Videolar

Toplum TV loqo