Məhkəmə

“Abzas Media işi”: “Döyəndən sonra polis olduqlarını dedilər”

6 May, 2025
122

Abzas Media

Mayın 6-da “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi baş tutub. 

Prosesdə ötən iclaslarda olduğu kimi şahidlərin dindirilməsi davam edib. 

Bu dəfə Leyla Ağayeva və İsmayıl Tağıyev şahid kimi ifadə verib. 

Onlar “Abzas Media”dan heç vaxt ödəniş almadıqlarını, təqsirləndirilən şəxslərdən isə yalnız bir neçəsini tanıdıqlarını bildiriblər.

İsmayıl Tağıyev deyib ki, onun adına 200 avroluq qəbz yazıblar: “İmzamı da atıblar, mənim imzama oxşayır amma tam mənim imzam deyil. Mən belə bir imza atmamışam”.

Daha sonra müdafiə tərəfi “Abzas Media”-nın ofisində aparılan axtarış əməliyyatının kitabçasının məhkəməyə gətirilməsi və əməliyyat müvəkkillərinin məhkəmədə dindirilməsi haqqında vəsatət qaldırıblar.

Vəkillərin vəsatətlərindən biri də istintaq sənədlərində “mötəbər mənbədən alınan məlumatdan sonra əməliyyata başlanılıb” hissəsi ilə bağlı olub.

Vəkillər də vəsatət qaldırıblar ki, əməliyyat məlumatını verən şəxslər dindirilsin və bu məlumatı məlumatı haradan aldıqlarını desinlər.

Hakim isə bildirib ki, sənədlərin tədqiqi prosesi hələ başlamayıb və sözügedən vəsatətlərə yalnız bu mərhələdən sonra  baxılacaq.

Çıxış edənlərdən təqsirləndirilən Məhəmməd Kekalov istintaq sənədində “ifadə verib və sağ- salamat evinə gedib” ifadəsinə etiraz edib. “Evimə sağ-salamat getməmişəm, orada da həbs olunmuşam”.

Daha bir çıxış edən “Abzas Media” direktoru Ülvi Həsənli deyib ki, istintaq materiallarında saxlanılarkən onun şəxsi əşyalarını polisə könüllü verdiyi qeyd olunur, əslində isə polis əməkdaşları tərəfindən döyülərək onun əşyaları götürülüb.

“Məni səhər 5-də saxladılar. Döyəndən sonra polis olduqlarını dedilər. Mən də dedim ki, bildim elə polissiniz. Kompüterimi, saatımı və telefonumu döyüb alıblar. Üzümdə də izlər var idi”, - Ülvi Həsənli bildirib. 

Daha sonra ittiham tərəfi Ülvi Həsənliyə “sizin ofisinizdən tapılıb pul, bunu necə izah edirsiz?” deyə soruşub. Ülvi Həsənlinin cavabı belə olub: “Onlar pulu mənə uzatdılar, mən də götürmədim ki, əl izim düşməsin. Dedim ki, ekspertizaya verin bu pulları. Buna məhəl qoymadılar, 5 nəfər əlcəksiz saydılar”. 

Abzasçılar bununla bağlı ekspertiza üçün vəsatət verdiklərini, amma təmin olunmadığını bildiriblər. 

Növbəti məhkəmə prosesi mayın 13-ə təyin olunub. 

“AbzasMedia” işi üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə mühakimə olunurlar. 

İlkin olaraq onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.

Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Rusiya məhkəməsi Ukrayna üçün vuruşan azərbaycanlıya 14 il cəza verib

6 May 2025

açıq mənbədən götürülüb

Rusiya məhkəməsi Azərbaycan, Belçika, İsveçdən olan və Ukrayna üçün döyüşmüş muzdlular haqqında hökm çıxarıb.  Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mayın 6-da keçirdiyi brifinqdə məlumat verib.  O bildirib ki, Həsən Anar oğlu Məmmədov, Maksim Rocer Henri Barat və Tobias Enqvist "müharibə və digər cinayətlər törətməkdə ittiham olunaraq" 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayıb.
Məhkəmə

Əli Kərimlinin daha bir mühafizəçisi həbs olunub

6 May 2025

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla işləyən daha bir mühafizəçisi həbs olunub.  AXCP-dən “Azadlıq Radiosu”na verilən məlumata görə, Kərimlinin mühafizəçisi və eyni zamanda partiyanın Xətai rayon şöbəsinin üzvü Kənan İsmayıl xırda xuliqanlıq maddəsilə ittiham olunaraq 30 sutka inzibati qaydada həbs olunub.  Onun saxlanılmasının detalları açıqlanmayıb.  Aprelin 9-da AXCP sədrinin digər mühafizəçisi Elnur Quliyev də 30 sutka inzibati qaydada həbs olunmuşdu.  Onun digər mühafizəçisi Niyaməddin Əhmədov terroru maliyyələşdirmədə ittiham olunaraq 13 il azadlıqdan məhrum edilib. Daha bir mühafizəçisi Kənan Basqal isə martda bir şəxsi bıçaqlama ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etmirlər. AXCP-nin 15-ə yaxın üzvü...

Seçilmiş Videolar

Toplum TV loqo