Siyasət

BMT-nin qurumları Azərbaycandan çıxarılır

6 May, 2025
60

açıq mənbədən götürülüb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun (UNFPA) və Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı nümayəndəlikləri ölkədən çıxarılır. 

UNHCR-ın sözçüsü Metyu Saltmarş APA-ya bildirib ki, bu barədə qurum Azərbaycan hökumətindən rəsmi bildiriş alıb və ölkədəki fəaliyyətini başa çatdırır. 

Saltmarş qurumun Azərbaycan hökuməti ilə BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinə töhfə vermək üçün “fəal dialoqu” davam etdirəcəyini deyib. 

UNFPA isə APA-ya bildirib ki, Azərbaycanla qarşılıqlı fəaliyyət bundan sonra qurumun Şərqi Avropa və Mərkəzi Asiya regional bölməsi, eləcə də qərargahı vasitəsilə davam etdiriləcək. 

Rəsmi Bakı hələ martın əvvəlində BMT-nin dörd ofisinin - BMT-nin İnkişaf Proqramı (UNDP), UNFPA, UNHCR və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycanda ofislərinin bağlanması təklifi ilə çıxış edib.

Hökumət BMT-nin 4 yerli ofisi ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICMPD) də yerli nümayəndəliyinin bağlanması ilə bağlı bildiriş göndərmişdi. 

Hökumətin əsaslandırmasına görə, bu qurumların Azərbaycanda məşğul olacaqları bir iş qalmayıb və onların ofisinin fəaliyyət göstərməsinin də mənası yoxdur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Bakı İstintaq Təcridxanasının “rüşvət rentgeni”

5 May 2025

Toplum TV

Bu məqalədə “Toplum TV işi" üzrə həbs olunan şəxslərin Bakı İstintaq Təcridxanası ilə bağlı araşdırması yer alıb. Bakı İstintaq Təcridxanasının fəaliyyətini 7 bölməyə ayıra bilərik: 1.             Təqsirləndirilən şəxslərin yerləşdiyi koorpuslar. 2.             İşçi məhkumlar 3.             Qadağan olunmuş əşyaları yoxlama bölməsi 4.             Tibb xidməti 5.             "Karser"-karantin 6.             İstintaq və vəkillərlə görüş bölməsi 7.             Ailələrlə görüş bölməsi Əvvəli illərlə son bir neçə ayı müqayisə etdikdə Bakı İstintaq Təcridxanasında rüşvət almanın miqyası azalıb,lakin hələ də qeyd etdiyimiz 7 bölmənin hər birində bu və ya digər dərəcədə təqsirləndirilən şəxslərdən rüşvət alınır. Obyektivlik naminə bu məqaləyə rüşvətin hansı sahələrdə azaldığını qeyd...
Siyasət

Nigar Həzi: “Tofiq Yaqublu son günlərini yaşayır”

4 May 2025

sosial media

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublu aclıq aksiyasının 34-cü günündədir.  Yaqublunun qızı Nigar Həzi mayın 4-də “Facebook” səhifəsində xəbər verib ki, az əvvəl onunla görüşüblər. N.Həzi bildirib ki, Tofiq Yaqublu hər an həyatını itirə bilər və onun ölümü an məsələsidir. “Tofiq Yaqublunun çəkisi 77.8 kq-a düşüb. Vəziyyəti həddən artıq pisdir. Hətta məhkəmə gününə qədər sağ qalacağına güman belə yoxdur. Yeriyə bilmir, gözləri həddən artıq zəif görür. Görüşə əlil arabasında gətirdilər. Göz qapaqları güclə açılırdı. Başının və bədəninin tarazlığını saxlaya bilmir. Səsi güclə eşidilirdi. Rabitəsiz danışırdı. Gələn görüş gününə sağ qalmayacaq….”, - Nigar Yaqublu yazıb. Ailəsi təcili...

Seçilmiş Videolar

Toplum TV loqo