Dünya

İsrail Qəzzanı işğal etməyə hazırlaşır

6 May, 2025
13

EPN

İsrail Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi təhlükəsizlik kabineti Qəzza zolağının hərbi əməliyyatla, tamamilə ələ keçirilməsi haqda qərar qəbul edib. 

Netanyahu deyib ki, əməliyyat zamanı Qəzza əhalisi zolağın cənubuna köçürüləcək. 

İsrail ordusu, həmçinin on minlərlə ehtiyatda olan hərbçini ordu sıralarına çağırıb. 

Mayın 5-də “X” səhifəsində videomüraciət yerləşdirən Baş nazir deyib ki, ordu Qəzza zolağını tərk etməyəcək. 

“Bir şey aydındır: giriş-çıxış olmayacaq. Biz ehtiyatda olanları da çağırırıq ki, ərazini tutmağa davam edək. Biz ora ondan ötrü girmirik ki, sonradan çıxaq və nə vaxtsa yenidən girmək zərurəti yaransın”, - o qeyd edib. 

Təhlükəsizlik kabinetinin üzvü olan bir rəsmi CNN-ə deyib ki, əməliyyatın məqsədi Qəzza zolağına nəzarət edən HƏMAS-ı zərərsizləşdirmək və orada saxlanılan israilli əsirləri azad etməkdir. 

O əlavə edib ki, əməliyyat ABŞ Prezidenti Donald Trampın gələn həftə Orta Şərqə nəzərdə tutulan səfərindən sonraya saxlanılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Ərdoğan Trampı Türkiyəyə dəvət edib

6 May 2025

açıq mənbədən götürülüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampı ölkəsinə dəvət edib.  Bu barədə Tramp mayın 5-də “Truth Social” hesabında yazıb. Tramp qeyd edib ki, türkiyəli həmkarı ilə arasında “çox yaxşı və məhsuldar” telefon zəngi olub və onlar Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza zolağı kimi mövzuları müzakirə ediblər. O əlavə edib ki, Ərdoğan da Vaşinqtona rəsmi səfər üçün gələcək, lakin tarixini qeyd etməyib.  Tramp bildirib ki, onun birinci prezidentliyi dövründə Ərdoğan ilə münasibətləri “əla” olub.  “Biz xeyli məsələdə birlikdə işləmişdik. O, mənim istəyimlə dərhal orada həbsdə olan rahib Andryu Brunsonu ABŞ-a qaytarmışdı. İstənilən halda, mən Prezident Ərdoğanla birlikdə işləyərək Rusiya və...
Dünya

Mahaçqalada naməlum şəxslər polis patruluna hücum edib, ölənlər var

5 May 2025

sosial media

Mahaçqalada naməlum şəxslər polis ekipajına hücum ediblər. Onlarla polis əməkdaşları ilə atışma olub, itkilər var. Bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb. Dağıstan rəhbəri Sergey Melikov da atışma baş verdiyini təsdiqləyib: "Mahaçqalada atışmanın hansı şəraitdə baş verdiyini araşdırırıq. İlkin məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları maşını saxlamağa cəhd ediblər, lakin sürücü tabe olmayıb və onlara atəş açıb. Ölənlər var”. Hücum edənlərin polis avtomobilini oğurlayaraq oradan qaçdıqları bildirilir.  İlkin məlumata görə, Mahaçqalada polis ekipajına hücumu 4 silahlı həyata keçirib. Onlardan ikisinin öldürüldüyü, daha ikisi isə polis maşını ilə hadisə yerindən qaçdığı deyilir. Dağıstan Səhiyyə Nazirliyinin məlumatına görə, bir polis...

Seçilmiş Videolar

Toplum TV loqo