Məhkəmə

“Məhkəmə Tofiq Yaqublunu faktiki ölümə tərk etdi”

6 May, 2025
81

sosial media

Həbsdə olan Müsavat Partiyası və Milli Şura üzvü, 36 gündür aclıq edən Tofiq Yaqublunun işi üzrə Bakı Apellyasiya Məhkəməsinin iclası keçirilib. 

İclasda siyasətçi özü də iştirak edib.

Ailəsi bildirir ki, Yaqublu ayaqüstə dayana bilməyib, Penitensiar Xidmətin işçiləri onu məhkəməyə gətirib və oturmağa kömək edib. 

İclas boyu onun bədəni titrəyib və başını sabit saxlamağa çətinlik çəkib.

Həmçinin, mikrofon işləmədiyinə və səsi çətinliklə çıxdığına görə zaldakılar onun sözlərini hakimə çatdırıb.

Tofiq Yaqublu buna belə reaksiya verib: “Məhkəmələrdə mikrofonla yanaşı, məhkəmə sistemi işləmir”.

Siyasətçi ayağa durub ona dəstək üçün gələnlərə “siz mənim ürəyimsiniz” işarəsi göstərib və müvazinətini itirib oturacağa düşüb.

Daha sonra hakimlə Tofiq Yaqublu arasında aşağıdakı dialoq yaşanıb:

Hakim: Sizə hüquq və vəzifələrinizi izah edirəm.

Tofiq Yaqublu: Ehiyac yoxdur, mən 4-cü dəfədir həbs olunuram, hamısını bilirəm. Cinayət məcəlləsinə görə mən azadlıqda olmalıyam. İşə əlavə olunmuş materialları oxumusunuz? 134 səhifəlik…

Hakim: Bəli, son sözünüzü də oxumuşam, hamısını oxumuşam.

Tofiq Yaqublu: Siz görmüsünüz ki, Elnur Nuriyev necə şərəfsizlik edib?

Vəkillər Yaqublunun ev dustaqlığına buraxılması üçün vəsatət qaldırıb.

Vəkil Nemət Kərimli bildirib ki, Yaqublunun həbs qətimkan tədbirinin dəyişdirilməsi onun üçün “ölüm-dirim məsələsidir”. 

Digər vəkillər Aqil Layıc və Fəxrəddin Mehdiyev də diqqəti Tofiq Yaqublunun aclıq aksiyasına və pisləşən səhhətinə çəkiblər, bunun insanlıq məsələsi olduğunu qeyd ediblər. 

Hakim Zamin İbrahimov isə vəsatəti təmin etməyib və növbəti iclası mayın 20-ə təyin edib. 

Məhkəmənin önünə xeyli sayda polis qüvvəsi gətirilib.

İclasdan sonra jurnalistlərə danışan Yaqublunun qızı Nigar Həzi deyib ki, “bu qədər polisin gətirilməsi hakimiyyətimşn Tofiq Yaqubludan nə qədər qorxduğunu” göstərir. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə deyib ki, məhkəmənin növbəti prosesi mayın 20-ə təyin etməsi “faktiki olaraq Yaqublunu ölümə məhkum etməkdir”. 

“Tofiq Yaqublu mayın 20-ə çətin sağ qala. Gözümüzün qarşısında dağ boyda adam əriyir, məhv olur, azadlıqdan, ədalətdən yana özünü fəda edir”, - o deyib. 

Nigar Həzi və Əli Kərimli müsahibə verdikləri zaman polislər tərəfindən məhkəmə önündən uzaqlaşdırıblar. 

Siyasətçi martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, aprelin 1-dən azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirir.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Siyasətçi ittihamları qurama sayır.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Abzas Media işi”: “Döyəndən sonra polis olduqlarını dedilər”

6 May 2025

Abzas Media

Mayın 6-da “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Prosesdə ötən iclaslarda olduğu kimi şahidlərin dindirilməsi davam edib.  Bu dəfə Leyla Ağayeva və İsmayıl Tağıyev şahid kimi ifadə verib.  Onlar “Abzas Media”dan heç vaxt ödəniş almadıqlarını, təqsirləndirilən şəxslərdən isə yalnız bir neçəsini tanıdıqlarını bildiriblər. İsmayıl Tağıyev deyib ki, onun adına 200 avroluq qəbz yazıblar: “İmzamı da atıblar, mənim imzama oxşayır amma tam mənim imzam deyil. Mən belə bir imza atmamışam”. Daha sonra müdafiə tərəfi “Abzas Media”-nın ofisində aparılan axtarış əməliyyatının kitabçasının məhkəməyə gətirilməsi və əməliyyat müvəkkillərinin məhkəmədə dindirilməsi haqqında vəsatət qaldırıblar. Vəkillərin vəsatətlərindən biri də istintaq sənədlərində “mötəbər...
Məhkəmə

Rusiya məhkəməsi Ukrayna üçün vuruşan azərbaycanlıya 14 il cəza verib

6 May 2025

açıq mənbədən götürülüb

Rusiya məhkəməsi Azərbaycan, Belçika, İsveçdən olan və Ukrayna üçün döyüşmüş muzdlular haqqında hökm çıxarıb.  Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mayın 6-da keçirdiyi brifinqdə məlumat verib.  O bildirib ki, Həsən Anar oğlu Məmmədov, Maksim Rocer Henri Barat və Tobias Enqvist "müharibə və digər cinayətlər törətməkdə ittiham olunaraq" 14 il müddətinə azadlıqdan məhrum ediliblər. Rusiya 2022-ci il fevralın 24-dən Ukraynaya qarşı müharibəyə başlayıb.

Seçilmiş Videolar

Toplum TV loqo