Məhkəmə

“Abzas”çılar qaranlıq, havasız, həşərat dolu məhbus daşıyan maşınlardan yazır

24 Aprel, 2025
64

abzasmedia

“Abzas Media”nın həbsdə olan jurnalistləri saxlandıqları təcridxanadan məhkəməyə hansı şəraitdə daşınmaları haqqında yazı yayımlayıblar. 

“Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovanın müəllifi olduğu yazıda bildirilir ki, Penitensiar Xidmətin məhbusları daşımaq üçün ayırdığı maşınlar insan üçün nəzərdə tutulmayıb. 

Jurnalistlər bildirirlər ki, onları məhkəməyə aparan maşın əslində yük maşını kimi istehsal olunub. Sonradan isə Penitensiar Xidmət bu maşınların içərisini kustar üsulla dəyişdirib.

“Arakəsmələrlə 2-3 hissəyə bölünüb, taxta oturacaqlar qoyulub. Bir dəfə kamera yoldaşımız maşın çalaya möhkəm düşdüyünə görə, xəsarət almışdı və 10 gün stulda otura bilmədi”, - yazıda qeyd olunur. 

“Abzas”çılar maşınların havalandırma sistemindən də şikayət edir. Onlar deyir ki, “çörək maşını” kimi tanınan “Qaz-53”də havalandırma üçün nəzarətçi tavandakı qapağı əli ilə qaldırıb o vəziyyətdə saxlamalıdır. 

““Çörək maşını” dedikləri Qaz-53-də havalandırma nəzarətçinin əli yorulana qədər olur. Yayın istisində dustaqlar nəfəs ala bilsin deyə nəzarətçi maşının tavanındakı qapağı açıb o vəziyyətdə dayanır. Məhbusların ümidi nəzarətçinin mərhəmətinə qalır ki, yorulub əlini qapaqdan tez çəkməsin, nəfəs ala bilsinlər.”

Daha bir problem isə maşınların məhbus daşınan hissələrinin qaranlıq, oturacaqların narahat olmasıdır. Jurnalistlər yazır ki, bəzi məhbuslar özləri ilə sellofan torba götürürlər ki, maşında havasızlıqdan ürəkləri bulansa, hazırlıqlı olsunlar.

Bundan əlavə, maşınlara tutumundan artıq sayda məhbus yerləşdirilir. “Ford” maşınlarında təkadamlıq yerə 2 nəfər, 5 nəfərlik yerə 7 nəfər, hətta bəzən 8-9 məhbus mindirilir. 

Jurnalistlər daha sonra maşınların natəmizliyindən də şikayət ediblər. Onlar yazır ki, maşınların içi həşərat, hörümçək toru, konfet kağızları, salfetlər və digər zibillərlə dolu olur. 

Jurnalistlər xatırladır ki, 2022-ci ildə dövlət büdcəsindən Penitensiar Xidmətə 140 milyon manat vəsait ayrılıb, amma “illərdir məhbus daşıyan maşınlar köhnə, baxımsız haldadırlar”.

“Abzas”çılar Avropa Penitensiar Qaydalarının 32.2-ci bəndinə istinad edərək deyir ki, “məhbusları havası kifayət qədər dəyişilməyən və işıqlandırılmayan, yaxud onlar üçün narahatlıq yaradan və ya onların şəxsiyyətini alçaldan nəqliyyat vasitələri ilə daşımaq qadağandır”.

“Amma Azərbaycanda bütün məhbuslar qadağan olunmuş şəraitdə daşınırlar. Bu şərtlərlə məhbus daşımaq insan ləyaqətini alçaltmaq, ən adi sosial məsafə qaydalarını pozmaq, gigiyenaya əməl etməmək və qeyri-insani rəftar deməkdir,”- jurnalistlər yazır.

“AbzasMedia” işi üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə mühakimə olunurlar. 

İlkin olaraq onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.

Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə Əvəz Zeynallının xəstələyinin təsdiqini gözləyəcək

24 Aprel 2025

sosial media

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb. APA xəbər verir ki, bu gün Nizami rayon Məhkəməsində keçirilən prosesdə Əvəz Zeynallı məhkəməyə gətirilmədiyi üçün iclas onlayn formada baş tutub. Məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhədətləndirilməyə göndərilməsi barədə qərar verib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb. Bir qədər əvvəl Zeynallıya xərçəng diaqnozu qoyulduğu haqda məlumatı jurnalistin həyat yoldaşı Məlahət Zeynallı yayıb. Zeynallı həyat yoldaşına bildirib ki, bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb. Əvəz Zeynallı 2023-cü ildə rüşvət almaq ittihamıyla həbs edilib. Sonradan...
Məhkəmə

Tofiq Yaqublunun şikayətinə iki həftə sonra baxılacaq

24 Aprel 2025

sosial media

24 gündür aclıq edən Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə mayın 6-a təyin edilib.  Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib.  Yaqublunun qızı Nigar Həzi “Facebook” səhifəsində xəbəri şərh edərək yazıb ki, məhkəmənin iki həftə sonraya təyin edilməsi “Əliyev rejiminin Tofiq Yaqublunu öldürmək qərarı verdiyinin sübutudur”.  “Günlər keçdikcə Tofiq Yaqublunun vəziyyəti daha da kritikləşir. Bu gün 24 gündür ki, o, aclıq edir. Bu qədər aclıq 65 yaşlı T. Yaqublu üçün ölüm siqnalıdır. Hər an həyatına elə təhlükə ola bilər ki, onu itirərik.  Ancaq aclıqdan 24 gün keçməsinə baxmayaraq, T. Yaqublu nə mülki xəstəxanaya köçürülür, nə də doktor Adil Qeybullanın...

Seçilmiş Videolar

Toplum TV loqo