açıq mənbədən götürülüb
Azərbaycan Rusiyada axtarışda olan hərbçini bu ölkəyə ekstradisiya edib.
Bu barədə Azərbaycanın Baş Prokurorluğu aprelin 23-də xəbər verib.
Məlumata görə, Rusiya Baş Prokurorluğu 1997-ci il Savlatov Sotim Zuxuroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün ölkəyə təhvil verilməsinə dair vəsatət verib və Azərbaycan tərəfi bunu təmin edib.
Açıqlamada bildirilir ki, Savlatov hərbi qulluqçu tərəfindən özbaşına hərbi hissəni və ya xidmət yerini tərk etməkdə, habelə üzrlü səbəblər olmadan bir aydan artıq müddətdə xidmətə vaxtında gəlməməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilib.
O bu ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Rusiyanın “Mediazona” saytı müəyyən edib ki, Savlatov Tacikistan doğumlu Rusiya vətəndaşıdır və Tver regionunda yaşayıb.
Rusiya Müdafiə Nazirliyi 2023-cü ilin oktyabrından Savlatovu axtarışa verib.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən bəri təxminən 16 min nəfərə qarşı fərarilik, əmrə tabe olmama və ya hərbi hissəni icazəsiz tərk etmə maddələrilə cinayət işləri açılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
GİPA
açıq mənbədən götürülüb