Məhkəmə

Tofiq Yaqublunun şikayətinə iki həftə sonra baxılacaq

24 Aprel, 2025
48

sosial media

24 gündür aclıq edən Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə mayın 6-a təyin edilib. 

Bu barədə onun vəkili Nemət Kərimli məlumat verib. 

Yaqublunun qızı Nigar Həzi “Facebook” səhifəsində xəbəri şərh edərək yazıb ki, məhkəmənin iki həftə sonraya təyin edilməsi “Əliyev rejiminin Tofiq Yaqublunu öldürmək qərarı verdiyinin sübutudur”. 

“Günlər keçdikcə Tofiq Yaqublunun vəziyyəti daha da kritikləşir. Bu gün 24 gündür ki, o, aclıq edir. Bu qədər aclıq 65 yaşlı T. Yaqublu üçün ölüm siqnalıdır. Hər an həyatına elə təhlükə ola bilər ki, onu itirərik. 

Ancaq aclıqdan 24 gün keçməsinə baxmayaraq, T. Yaqublu nə mülki xəstəxanaya köçürülür, nə də doktor Adil Qeybullanın davamlı müayinəsinə icazə verilir”, - o qeyd edib. 

Aprelin 1-dən azadlığa buraxılması üçün aclıq aksiyası keçirən Yaqublu 13 kq çəki itirib. 

Müsavat Partiyasının və Milli Şuranın üzvü olan Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Siyasətçi ittihamları qurama sayır.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Məhkəmə Əvəz Zeynallının xəstələyinin təsdiqini gözləyəcək

24 Aprel 2025

sosial media

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb. APA xəbər verir ki, bu gün Nizami rayon Məhkəməsində keçirilən prosesdə Əvəz Zeynallı məhkəməyə gətirilmədiyi üçün iclas onlayn formada baş tutub. Məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhədətləndirilməyə göndərilməsi barədə qərar verib. Proses qeyri-müəyyən vaxta təxirə salınıb. Bir qədər əvvəl Zeynallıya xərçəng diaqnozu qoyulduğu haqda məlumatı jurnalistin həyat yoldaşı Məlahət Zeynallı yayıb. Zeynallı həyat yoldaşına bildirib ki, bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb. Əvəz Zeynallı 2023-cü ildə rüşvət almaq ittihamıyla həbs edilib. Sonradan...
Məhkəmə

“Abzas”çılar qaranlıq, havasız, həşərat dolu məhbus daşıyan maşınlardan yazır

24 Aprel 2025

abzasmedia

“Abzas Media”nın həbsdə olan jurnalistləri saxlandıqları təcridxanadan məhkəməyə hansı şəraitdə daşınmaları haqqında yazı yayımlayıblar.  “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovanın müəllifi olduğu yazıda bildirilir ki, Penitensiar Xidmətin məhbusları daşımaq üçün ayırdığı maşınlar insan üçün nəzərdə tutulmayıb.  Jurnalistlər bildirirlər ki, onları məhkəməyə aparan maşın əslində yük maşını kimi istehsal olunub. Sonradan isə Penitensiar Xidmət bu maşınların içərisini kustar üsulla dəyişdirib. “Arakəsmələrlə 2-3 hissəyə bölünüb, taxta oturacaqlar qoyulub. Bir dəfə kamera yoldaşımız maşın çalaya möhkəm düşdüyünə görə, xəsarət almışdı və 10 gün stulda otura bilmədi”, - yazıda qeyd olunur.  “Abzas”çılar maşınların havalandırma sistemindən...

Seçilmiş Videolar

Toplum TV loqo