Siyasət

“Toplum TV” işində vəsatətlər təmin edilməyib

24 Aprel, 2025
39

Toplum TV

“Toplum TV” işi üzrə aprelin 24-də növbəti məhkəmə prosesi baş tutub. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslər cinayət işinə xitam verilməsi, bu olmayacağı təqdirdə isə ev dustaqlığına buraxılmaları haqda vəsatət veriblər. 

Hakim vəsatətləri təmin etməyib, APA yazır. 

Prosesdə zərərçəkən qismində İqtisadiyyat Nazirliyi yanında Vergiyə Nəzarət Xidmətinin nümayəndəsi Ramil Abbasov elan olunub.

Növbəti məhkəmə prosesi mayın 5-ə təyin olunub.

"Toplum TV" 9 ildir Azərbaycanda müstəqil media fəaliyyəti ilə məşğuldur.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV” nin ofisini möhürləyib. 

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

 

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb. 

 

"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

 

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Toplum TV” işi: “İlham Əliyev gəlsin şahidlik etsin”, “Baş prokuror gəlsin cinayətimi sübut etsin”

24 Aprel 2025

Toplum TV

“Toplum TV” işi üzrə məhkəmə prosesində təqsirləndirilənlər prezident İlham Əliyevin şahid kimi dindirilməsini və Baş prokurorun ittihamları sübut etməsini istəyib.  Prosesdə çıxış edən təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov qeyd edib ki, Demokratik Təşəbbüslər İnstitutu 2014-cü ildə gənclərin maarifləndirilməsi, vətəndaş cəmiyyətinin gənc nəslinin yetişdirilməsi məqsədilə yaradılıb, həmçinin gənclərə jurnalistika təlimlərinin verilməsi və “Toplum TV”nin qurulması təşəbbüsləri ilə çıxış edib. Eyni zamanda, Azərbaycanda ilk dəfə olaraq “Fakt Yoxla” platformasını yaradıb.  O bildirib ki, ittiham tərəfi ona və digər həbs olunanlara qarşı irəli sürülən qaçaqmalçılıq ittihamını sübuta yetirə bilməyib.  “Kim bizə pul verib, nə formada...
Siyasət

“Toplum TV işi” üzrə növbəti məhkəmə olacaq

24 Aprel 2025

Toplum TV

Aprelin 24-də “Toplum TV işi” üzrə həbs olunan jurnalist və fəalların növbəti məhkəmə prosesi olacaq. Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq iclas saat 10:30-a təyin olunub.  Ötən məhkəmədə vəkillər həbs edilənlərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər təqdim etmiş, lakin onlar təmin edilməmişdi.  “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin səhhəti ilə əlaqədar verilən vəsatətə isə baxılacağı deyilmişdi. "Toplum TV" 9 ildir Azərbaycanda müstəqil media fəaliyyəti ilə məşğuldur. 2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV” nin ofisini möhürləyib.  “Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov,  “Demokratik Təşəbbüslər İnstitutu”nun...

Seçilmiş Videolar

Toplum TV loqo