Məhkəmə

“Kərimə dövləti” qurmağa cəhddə təqsirləndirilən daha 13 nəfərə hökm oxunub 

12 İyun, 2025
101

Foto: report.az

İyunun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Azərbaycanda “Kərimə dövləti” qurmağa cəhddə təqsirləndirilən daha bir qrup şəxsə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Faiq Zeynalov və İlham Şıxalıyev 17 il, Hüseyn Hüseynzadə, Etibar Məmmədzadə, İlkin Bağırov, Elgün Ağayev və Vüqar Mədətov 16 il, Elvin Cəfərov, Yusif Mirzəyev, Ruslan Əliyev, Savalan Hüseynli və Məhərrəməli Musayev 15 il 6 ay, Mirvasid Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Onlar Cinayət Məcəlləsinin dövlətə xəyanət, konstitusiya quruluşunu zorla dəyişməyə çağırış, hakimiyyətin zorla ələ keçirilməsi, narkotik dövriyyəsi, cinayətə hazırlıq maddələrilə ittiham olunublar. 

Təqsirləndirilən şəxslər 2023-cü ilin mayında Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı ilə saxlanılıblar. 

Cinayət işində iddia olunur ki, qrup Ruhulla Axundzadə adlı şəxs tərəfindən Azərbaycanda “Kərimə” adlı, şəriət qanunları ilə idarə ediləcək dini dövlət qurulması məqsədilə yaradılıb və Axundzadə qrup üzvlərinə “Telegram” messenceri üzərindən tapşırıqlar verib. 

Hüquq-mühafizə orqanlarının iddiasına görə, bu tapşırıqlar əsasında Bakı və Sumqayıt şəhərlərində yerləşən müxtəlif hərbi təyinatlı obyektlərin fotoçəkilişləri aparılıb, eləcə də azərbaycanlı ictimai və siyasi xadimlərin həyatına sui-qəsdlər planlanıb. 

Sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”-nin rəhbəri Mirşahin Ağayev cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.

Mirvasid Əliyevin vəkili Bəxtiyar Hacıyev jurnalist Arzu Abdullaya bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək. 

“Mirvasid saxlanılanda 16 yaşın içində olub və 1-ci kursda təhsil alıb. Onu dərslərlə bağlı “Telegram” qrupuna daxil ediblər, sonradan adını dəyişib “Qisas qrupu” qoyublar. Qrupda İranın müəyyən din xadimlərinin fikirləri paylaşılıb. Mirvasid həm azyaşlı olub deyə şüuru inkişaf etməyib, həm də dərslərdən qrupa çox fikir verməyib. Bir dənə qrupa üzv olduğuna görə 10 il iş verdilər və heç bir humanizm prinsipini nəzərə almadılar. Buna heç inzibati cəza düşmürdü, o ki qaldı cinayət işi”, - o qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hafiz Babalı bir neçə hökumətyönlü media orqanını məhkəməyə verməyə hazırlaşır 

13 İyun 2025

Foto: sosial media

Araşdırmaçı jurnalist, “Abzas Media işi” üzrə həbsdə olan Hafiz Babalı bir sıra hökumətyönlü media orqanlarını məhkəməyə verməyə hazırlaşır.  Bu barədə məlumat iyunun 12-də jurnalistin “Facebook” səhifəsində öz əksini tapıb.  Paylaşımda bildirilir ki, H.Babalı ona “böhtan atdıqlarına görə” “Baku TV”, “Qafqazinfo”, “Report.az” və digər “dezinformasiya saytlarını” məhkəməyə verməyə hazırlaşır.  Jurnalistin vəkili Rəsul Cəfərov Toplum TV-yə açıqlamasında xəbəri təsdiqləyib.  “Qanunvericiliyin tələbinə uyğun olaraq, şəxs haqqında həqiqəti əks etdirməyən məlumatlar yayımlanarsa, təkzib verilməli, üzr istənilməli və mənəvi zərərə görə təzminat ödənilməlidir. Hafiz bəyin tələbləri bununla bağlıdır”, - o deyib.  Vəkil qeyd edib ki, hazırki mərhələdə Babalı sözügedən media orqanlarına məktublar yazıb və təkzib...
Məhkəmə

Müsəlman Birliyi Hərəkatının üzvü həbs edilib

13 İyun 2025

Foto: Toplum TV

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Elgiz Məmmədov həbs edilib.  MBH-dən verilən məlumata görə, iyunun 12-də fəal barəsində Nizami Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.  O, Cinayət Məcəlləsinin 234.1.1-ci (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını satış məqsədi olmadan qanunsuz olaraq əldə etmə, saxlama, hazırlama, emal etmə) maddəsilə ittiham olunur.  İyunun 10-da Bakının Keşlə qəsəbəsində saxlanılan MBH üzvü Elgiz Məmmədov həmin gün 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.  Həyat yoldaşı Toplum TV-yə deyib ki, Məmmədova narkotik maddə ittihamını qəbul etdirmək üçün ona polis idarəsində işgəncə verilib və daha sonra suyuna narkotik maddə qatılıb.  MBH Məmmədovun narkotik maddə istifadəçisi...

Seçilmiş Videolar

Toplum TV loqo