Məhkəmə

“Meydan TV işi”: “Hakimiyyətin azərbaycanlıların səsini tamamilə kəsmək planlarını pozmuşuq”

22 may, 2026
328

VOA

Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. 

“Meydan TV”-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərdən jurnalist Xəyalə Ağayeva ifadə verməyə başlayıb. O, çıxışında Bakıda Ümumdünya Şəhərsalma Forumu keçirildiyi halda Bayırşəhərdə tarixi binaların söküldüyünü xatırladıb. 

“Ölkə başçısı xarici qonaqlara Bakının tarixinin və memarlıq irsinin qorunmasından danışır. Deyir ki, biz qədim irsimizlə qürur duyuruq. Lakin paytaxtın xatirələrinin necə dağıdılmasından, tarixi binaların yerlə-yeksan edilməsindən sirr vermir. Onun gizlədiklərindən danışmaq yenə bizə düşür. Həbsimizdən öncə çəkdiyim, amma hakimiyyətin yayımlamağa macal vermədiyi son süjetimiz elə Bayırşəhərlə bağlıydı”, - o qeyd edib. 

Jurnalist həbsinin peşə fəaliyyətinə görə olduğunu bildirib.

“Biz daim iqtidarın siyasi nəzarət şəbəkəsindən sıyrılmağa və məlumat axınının önünə çəkilən səddi dağıtmağa çalışmışıq. Fəaliyyətimiz hökumətin basqı və manipulyasiyasının gözünə silah tək tuşlanıb. Problemlərdən danışmaqla problem çıxarmış, YAP hakimiyyətinin azərbaycanlıların səsini tamamilə kəsmək planlarını pozmuşuq. Məramımız ölkənin bütün kəsimlərinə xitab etmək, rəsmilərin yalanlarını ifşa etmək, insanlara layiq olduqları və ehtiyac duyduqları doğru xəbəri çatdırmaq olub. Ölkədəki yarıtmaz və cinayətkar idarəetmədən danışarkən heç bir kəsi öz tənqidimizdən yüksəkdə tutmamışıq”, - o qeyd edib.

“Məsələn, mən 28 yaşıma qədər bütün gediş-gəlişlərimdə sərhəd keçid məntəqəsində yoxlanılmışam və heç bir pozuntu aşkarlanmayıb. Gəlin, sizə orada heç yoxlanılmamış bir şəxsdən danışım. Mənimlə həmyaşıd balaca Heydər hələ 9 yaşında ikən adına 75 milyon dollarlıq Dubay mülkləri alınmışdı. Bu həmin 2006-cı ildə baş verib ki, hökumətimiz ölkədə uşaqpulunun verilməsini dayandırıb. Bəs eyni vaxtda öz uşaqları üçün milyonlarla pulu xaricə necə çıxarmışdılar? Bu qaçaqmalçılıq deyilmi? Bizim mühakiməmizdə hökumətin sifarişini icra edən dövlət ittihamçısı Ergün Qafarov versin bu sualları Heydər Əliyevə. O artıq böyüyüb, cavab vermək iqtidarındadır”, - jurnalist əlavə edib. 

X.Ağayevanın sözü bir neçə dəfə hakimlər tərəfindən kəsilib, lakin o, çıxışına davam etməkdə israr edib. Bu zaman hakimlər ayağa qalxaraq zalı tərk edib. 
Məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb. 

"Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument. az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.

Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. 

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...
Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...

Seçilmiş Videolar

Toplum TV loqo