Məhkəmə

Məhkəmə Hacı Vəliyevi həbsdə saxlayıb

7 Aprel, 2025
60

sosial media

Bakı Apelyasiya Məhkəməsi “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyevin verdiyi şikayəti təmin etməyib. 

Aprelin 7-də baş tutan prosesdə Vəliyev səhhətində olan problemləri əsas gətirərək haqqındakı həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Məhkəmə isə onu həbsdə saxlayıb. 

Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, aprelin 1-də isə onun barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib. 

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 

Vəliyev şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarının prolemlərini işıqlandırması və aidiyyəti üzrə məmurları tənqid etməsi ilə tanınır.

O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Vəliyev bildirmişdi ki, Yasamal Rayon Polis İdarəsinin rəis müavini polkovnik Anar Məmmədovun göstərişi ilə qazilərin Abbas Mirzə Şərifzadə 156 ünvanında yerləşən satış yerləri dağıdılıb, özləri isə polis bölməsinə aparılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Orduxan Teymurxan da Baş Prokurorluğa çağırıldı

17 Aprel 2025

Orduxan Teymurxan/şəxsi arxiv

Hollandiyada yaşayan siyasi mühacir Orduxan Teymurxan da Baş Prokurorluğa çağırılb. Baş Prokurorluqdan İTV-yə verilən məlumatda belə deyilir. Bildirilir ki, təqsirləndirilən şəxs Bəbirov Orduxan Teymurxan oğlu barəsində Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib. Baş Prokurorluq bildirir ki, o, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 may 2025-ci il tarixində, saat 12:00-da İstintaq idarəsinin inzibati binasına gəlməlidir. Vurğulanıb ki, O.Teymurxanın CM-nin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, Orduxan Teymurxan bir sıra şəxslərlə birlikdə “YouTube” və “Facebook”da yerləşdirdiyi videoçarxlarda Azərbaycan hakimiyyətinə...
Məhkəmə

Vəkil: Tofiq Yaqublu görmə qabiliyyətini itirir, danışmaqda çətinlik çəkir

17 Aprel 2025

Fərqanə Novruzova

Həbsdə olan və 17 gündür aclıq aksiyası keçirən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu görmə qabiliyyətini itirmək üzrədir.  Bunu vəkil Aqil Layıc aprelin 17-də Yaqublu ilə görüşdən sonra bildirib.  O əlavə edib ki, siyasətçi artıq yeriyə bilmir və fiziki dəstək olmadan hərəkət edə bilmir. Yaqublunu vəkillə görüşə elektromobildə gətiriblər.  Yaqublu vəkilə deyib ki, onun fiziki məhvinə doğru aparan aclıq, əksinə, onu psixoloji olaraq güclü edir.  “O, ədalətə nail olmaq üçün fiziki məhv olmasını belə göz önünə alır”, - Layıc siyasətçiyə istinadən qeyd edib.  Siyasətçi danışmaqda da çətinlik çəkdiyi üçün vəkillə görüş qısa çəkib.  Yaqublu martın 10-da Bakı Ağır...

Seçilmiş Videolar

Toplum TV loqo