Məhkəmə

Mehriban Rəhimli: “Qoy məhkəməyə gələnlər bu divarlar içində dövlət adına nə rəzillik baş verdiyini görsünlər"

27 Fevral, 2026
214

Foto: sosial media

“QHT işi” üzrə ittiham olunan, ABŞ-nin “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimlinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını oxuyub. 

M.Rəhimli sosial media hesabında yazıb ki, bir saat ərzində dövlət ittihamçısı 2008-ci ildən onun Azərbaycan Beynəlxalq Bankına köçürmə ilə aldığı və bütün vergi və digər öhdəliklərini yerinə yetirdiyi maaşları sıra ilə oxuyub. 

"Boğazı qurudu, təntidi, bezdi. Vəkilim hamının bezdiyini görüb, mənə "ittiham aktının oxunmuş kimi" qəbul etmək hüququmuz olduğunu söylədi. Dedim, xeyr, qoy oxusun, qoy gələnlər - jurnalistlər və diplomatlar bu divarlar içində dövlət adına nə rəzillik baş verdiyini görsünlər", - o qeyd edib.

İttiham aktını bitirməyə vaxt yetməyib. Növbəti məhkəmə prosesi martın 18-i saat 09.30-a təyin olunub. 

Mehriban Rəhimli Baş Prokurorluqda “QHT işi” ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

"QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay və "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov saxlanılıb. H.Həsənov sonradan ev dustaqlığına buraxılıb. 

Onlara qarşı Cinayət Məcəlləsinin vəzifə saxtakarlığı və qanunsuz pul vəsaitlərini leqallaşdırma daxil olmaqla bir neçə maddəsi üzrə ittiham irəli sürülüb. 

Apreldə isə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib. 

İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo