Foto: VOA
Yanvarın 22-də “Seçki Müşahidə” Alyansının həbsdə olan rəhbəri, hüquq müdafiəçisi Məmməd Alpayın ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra M.Alpayın vəkili Rövşanə Rəhimli məhkəməyə bir neçə vəsatət təqdim edib. O, müvəkkili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini, onun vəkillərinin yanında əyləşməsinə icazə verilməsini, eləcə də məhkəmə prosesində çəkiliş aparılmasını istəyib.
Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.
İclasda cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Baxış iclası fevralın 5-i saat 12:30-a təyin edilib.
Məmməd Alpay ötən il martın 14-də saxlanılıb və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
O, iki ayrı cinayət işi üzrə ümumilikdə Cinayət Məcəlləsinin 11 maddəsi ilə ittiham olunur.
Ona qarşı “QHT işi”, həmçinin hüquq müdafiəçisi Anar Məmmədlinin ittiham olunduğu iş üzrə təqsirləndirilən şəxs qismində Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, xeyli miqdarda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 192.3.2 (qanunsuz sahibkarlıq), 193-1.2.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 206.4 (qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.1 (vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1 (rəsmi sənədlərin saxtalaşdırılması və qanunsuz dövriyyəsi) və 320.2-ci (saxta sənədlərdən istifadə) maddələri üzrə ittihamlar irəli sürülüb.
Onun rəhbəri olduğu Seçki Müşahidə Alyansı Azərbaycanda seçki monitorinqi ilə məşğul olan az sayda qurumlardan biridir.
Hüquq müdafiəçisinin saxlanması 2014-cü ildə Baş Prokurorluğun İstintaq İdarəsində yerli və xarici qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı açılmış cinayət işi ilə əlaqəlidir. Bu cinayət işinin 2020-ci ildə bağlandığı və sonra yeniləndiyi bildirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Sosial media
Sosial media
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
İcra hakimiyyəti: "Bayırşəhərdə binaların memarlıq abidələri siyahısından çıxarılması üçün tədbirlər görülür"
AŞPA Azərbaycan hökumətinə qarşı yeni qətnamə qəbul edib
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"