Məhkəmə

"Abzas"çıların valideynləri həbsxana rəisinin cəzalandırılmasını tələb edir

4 Fevral, 2026
225

Foto/kollaj: Toplum TV

"Abzas Media"nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamovanın valideynləri övladlarının saxlanıldığı Lənkəran Penitensiar Kompleksinin rəisi Babək İsgəndərovun cəzalandırılmasını tələb edir. 

Onlar buna səbəb kimi həbsxana rəisinin iş otağında qadın məhbuslardan birini döyməsi xəbərini əsas gətirib. 

"Abzas Media"nın yaydığı müraciətdə valideynlər bu xəbərin fonunda öz övladlarının təhlükəsizliyi ilə bağlı arxayın ola bilmədiklərini deyiblər. 

"Həbsxananın rəisi Babək İsgəndərov qadın məhbusları aparıb öz ikiqapılı otağında döyür. Özü şəxsən zorakılıq törədirsə, onda biz onun əməkdaşlarından hansı davranışı gözləməliyik? O, sabah bizim qızlara qarşı da belə davrana bilər. Fərqi yoxdur orada kim döyülür, onlar da Azərbaycan vətəndaşlarıdır. Ona görə də biz Babək İsgəndərovun cəzalandırılmağını tələb edirik. Övladlarımız Bakıda qeydiyyatda olsa da, onları Lənkəran həbsxanasına göndərdilər. Deməli, hökumət bilərək bunu edib ki, onlar zorakı rəisin tabeliyində olsunlar?”, - onlar qeyd edib. 

Rəisin qadın məhbuslardan birini döyməsi xəbərini də "Abzas"çılar ictimailəşdirib. Onların sözlərinə görə, yanvarın 24-də baş verən hadisəni nəzarətçilərdən biri məhbuslara danışıb. 

Nəzarətçinin sözlərinə görə, rəis qadın məhkumun saçından tutaraq onu yerdə sürüyüb, qabırğa nahiyəsindən təpiklə vurub. Eyni zamanda, döyülmə zamanı məhkumun şərəf və ləyaqətini alçaldan ifadələr işlədib.

Məlumata görə, ertəsi gün döyüldüyü deyilən qadın məhkumun sol ayağında qançır izləri, qabırğa nahiyəsində isə şiş yaranıb. Həmçinin, ağrıların şiddətindən korpusun həyətində huşunu itirərək yerə yıxıldığı qeyd olunub. 

2025-ci ilin iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər.

Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo