Məhkəmə

Rail Abbasov: “O, mənə şər atır, bu şərə görə məni 10 il həbs gözləyir”  

5 Dekabr, 2024
56

Unikal.az

Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal, dələduzluqda ittiham olunan Rail Abbasovun növbəti məhkəməsi keçirilib. Məhkəmə iclasına hakim Mahirə Kərimova sədrlik edir.

Ötən ilin sentyabrında həbs olunan Rail Abbasov ictimai fəal Bəxtiyar Hacıyevin yaxın dostudur. 2022-ci ilin dekabrından həbsdə olan Hacıyev də qaçaqmalçılıq, qanunsuz sahibkarlıq və başqa maddələrlə mühakimə olunur.  R.Abbasov iddia edir ki, dostunun hüquqlarını müdafiə etdiyinə görə saxta ittihamlarla həbs edilib. 

İttihama görə, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan R.Abbasov mənzil almaq istəyən Əsgər Həziyevi aldadıb. Həziyev deyir ki, alqı-satqı prosesində vasitəçilik edən R.Abbasova 217 min manat versə də, nə ev ala bilib, nə də pulu geri qaytarılıb.

Bugünkü məhkəmədə şahid qismində evini satan Eldar Cabbarov ifadə verib. O, məhkəməyə bildirib ki, Rail Abbasovu tanımır, bir-birləriylə yalnız telefonla əlaqə saxlayıblar: “Bu oğlanı ilk dəfədir görürəm, evimi satdığım adamla (Əsgər Həziyevlə - red.) 2-3 dəfə görüşmüşəm. Evimi satmaqla bağlı saytlardan birində elan yerləşdirmişdim. Bu oğlan (Rail Abbasovu göstərir - red.) mənə zəng vurdu, dedi ki, maklerəm, evə müştəri var. Müştəri də bu adam idi (Əsgər Həziyevi göstərir - red.). Gəldi, evə baxdı, dedi ki, oğlum üçün alıram, gərək gəlin də evə baxsın, o da Rusiyadadır, Bakıya gəlsin, evə baxsın, sonra haqq-hesab edək. Evi 230 min manata qoymuşdum satışa. Söhbət vaxtı 3-4 min manat endirimə razılaşmışdım. Bir müddət sonra polisdən zəng vurub dəvət etdilər. Bildirdilər ki, bəs belə-belə…

Hakim ondan soruşub: “Nə belə-belə? Aydın izah edin”. Şahid cavab verib: “Dedilər ki, makler pulu müştəridən alıb, qaçıb”. 

Bu dəfə vəkil Elçin Sadıqov ona sual verib: “Nə qədər alıb qaçıb?” 

Eldar Cabbarov cavab verib ki, 200 min manat. 

Şahid bildirib ki, sonra Əsgər Həziyevlə əlaqə saxlayanda sonuncu ona artıq başqa yerdən ev aldığını deyib. 

Rail Abbasov şahidə suallar verib. Şahid bəzi suallara “yadımda qalmayıb”, “tarixi unutmuşam” kimi cavablar verib. Rail Abbasov ondan tarixləri dəqiqləşdirməyi və məhkəməyə doğruları söyləməyi xahiş edib: “İndiki zamanda heç qardaş qardaşa bir manat vermir, bu adamsa şər atır ki, guya mənə 200 min manat verib. O, mənə şər atır, bu şərə görə məni 10 il həbs gözləyir. Xahiş edirəm, xatırlayın, bu, mənim üçün çox vacibdir”. 

Bu yerdə prokuror hakimə müraciət edib: “Hörmətli məhkəmə, təqsirləndirilən şəxs şahidə təsir göstərir”. 

Rail Abbasov isə “Təsir göstərmirəm, sadəcə xahiş edirəm. Ortada mənim taleyim həll olunur. Burda təsir göstərməli nə oldu ki?” deyə cavab verib. 

Sonra hakim məhkəmə dindirmələrinin başa çatdığını elan edib və sənədlərin tədqiqi mərhələsinə keçib. 

Vəkil Elçin Sadıqov hakimə xatırladıb ki, hələ hazırlıq iclasından müdafiə tərəfinin bəzi vəsatətləri baxılmamış saxlanılıb və xahiş edib ki, həmin vəsatətlərə yenidən baxılsın. 

Bu vəsatətlərdən biri Daxili İşlər Nazirliyindən Əsgər Həziyevin 2023-cü ilin 2-19 sentyabr tarixlərində “102” Xidmətinə zəng vurub-vurmamasını öyrənməklə bağlı olub. Əsgər Həziyev ibtidai istintaqa və məhkəməyə ifadələrində iddia edib ki, Rail Abbasov ondan evi satan şəxsə vermək üçün 200 min manat alıb və onu aldadıb. Aldadıldığını biləndən sonra isə DİN-in 102 Xidmətinə zəng vuraraq Rail Abbasov barəsində şikayət edib. Rail Abbasovsa bunu yalanlayıb və məhkəməyə bildirib ki, Əsgər Həziyev ondan şikayətçi olmayıb, birbaşa müstəntiq tərəfindən çağırılaraq onun əleyhinə ifadə verməyə məcbur edilib: “Bizim aramızda pul söhbəti olmayıb. Ona görə də bu adam məndən şikayətçi ola bilməzdi. Mən dostum Bəxtiyar Hacıyevin müdafiəsinə qoşulandan sonra bu adamı çağırıb məqsədli şəkildə əleyhimə ərizə alıblar. Mən də məhkəməyə bunu sübut etmək üçün tələb edirəm ki, Daxili İşlər Nazirliyinə sorğu göndərilsin, görək bu adam həqiqətənmi 2023-cü ilin sentyabrında 102 Xidmətinə məndən şikayət verib, ya yox. Çünki işdə qeyd olunub ki, guya mən bunun 102-yə etdiyi şikayət əsasında həbs olunmuşam”. 

Hazırlıq iclasından baxılmamış saxlanılan və bu gün təkrar səsləndirilən ikinci vəsatət 2023-cü ilin sentyabr-dekabr aylarında  (R.Abbasov həbs olunanadək) zərərçəkən Əsgər Həziyevin telefonuna gələn zəngləri müəyyənləşdirmək üçün Azərcell və Bakcell şirkətlərinə sorğuların göndərilməsi ilə bağlı olub. Rail Abbasov və onun vəkilləri hesab edirlər ki, həmin aylarda Əsgər Həziyevlə polislər arasında danışıqlar olub. 

Daha bir vəsatətsə yenə 2023-cü ilin sentyabr-dekabr ayları ərzində Əsgər Həziyevin ailə üzvlərinin adına daşınmaz əmlak alınıb-alınmaması ilə bağlı olub. Vəkil Elçin Sadıqov vəsatəti belə əsaslandırıb: “Əsgər Həziyev deyir ki, evi 200 min manata satıb, pulu da Rail Abbasov dələduzluq yolu ilə ələ keçirib. Ancaq indi burda şahid Eldar Cabbarov ifadə verərək bildirdi ki, Əsgər Həziyevdən evi alıb-almayacağını dəqiqləşdirmək üçün ona zəng vuranda, o bildirib ki, artıq ev alıb. Əgər Əsgər Həziyevin satdığı evin pulunu Rail Abbasov ələ keçirmişdisə, bəs Əsgər Həziyev ikinci evi hansı pulla alıb? Bu məsələyə aydınlıq gətirilməsi üçün xahiş edirik, həmin vaxt ailə üzvlərindən kiminsə adına əmlak alınıbsa, həmin əmlak məlumatlarının aidiyyəti qurumdan alınması üçün sorğu göndərilsin”. 

Zərərçəkən telefonuna gələn zənglərə görə “Azərcell” və Bakcel”ə, “102” Xidməti ilə bağlı isə Daxili İşlər Nazirliyinə sorğuların göndərilməsinə etiraz etməsə də, əmlak məlumatlarının araşdırılması ilə bağlı vəsatətin təmin olunmamasını istəyib. Hakim iki vəsatəti təmin edib, əmlakla bağlı vəsatəti isə təmin etməyib. 

Sənədlərin tədqiqi başa çatıb. Növbəti məhkəmə iclası dekabrın 12-nə təyin olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Abzas Media işi” üzrə materiallar məhkəməyə göndərilib 

4 Dekabr 2024
“AbzasMedia işi” üzrə təqsirləndirilənlər - Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamovanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. Cinayət işi üzrə materiallar  baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib. Qeyd edək ki, təqsirləndirilın şəxslərin barəsində ötən il Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.  Sonradan ittiham ağırlaşdırılıb. Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə...
Məhkəmə

Rüfət Səfərova daha bir ittiham verildi, 4 ay həbs olundu 

4 Dekabr 2024
Dekabrın 4-də Binəqədi rayon Məhkəməsi hüquq müdafiəçisi Rüfət Səfərov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.  Bir gün öncə o, şübhəli şəxs qismində saxlanılmışdı.   Bu gün onun haqqında cinayət işi açıldığı bəlli olub. Hüquq müdafiəçisi ilk gün dələduzluqda və xuliqanlıqda ittiham edilirdi. Bu gün Rüfət Səfərova əlavə ittiham da verilib, o, həm də Cianyət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilir.  Vəkilləri onun ittihamları qəbul etmədiyini, həbsinin siyasi sifariş olduğunu söylədiyini bildiriblər.  Onlar məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini deyiblər.   

Seçilmiş Videolar

Toplum TV loqo