Məhkəmə

Rüfət Səfərov: “Bura məhkəmə deyil, bu tamaşanı sürdürməyin”

9 Dekabr, 2025
173

Foto: VOA

Dekabrən 8-də “Müdafiə Xətti" insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

“Azadlıq Radiosu”nunn xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə zərərçəkmiş qismində tanınan Natiq İmanquliyev dindirilib. 

O, torpaq sahəsi almaq üçün R.Səfərova 60 min manat verdiyini, ancaq nə ona torpağın satıldığını, nə də pulunun geri qaytarıldığını söyləyib. Onun sözlərinə görə, sonuncu dəfə ötən il dekabrın 3-də Rüfətdən pulunun geri qaytarılmasını tələb edərkən, aralarında dava olub, yaralanıb.

Pulu Tibb Universitetinin yanında verdiyini iddia edən zərərçəkmişin yararlandığı telefon nömrəsiylə bağlı anten məlumatlarını araşdıran vəkillər ona bununla bağlı suallar veriblər. Müdafiə tərəfinin suallarından bəlli olub ki, R.Səfərovun tutulmasında iştirak etmiş polislərdən üç nəfərlə N.İmanquliyevin əlaqəsi olub. Hüquq müdafiəçisinin həbsindən öncə onların arasında telefon danışıqlarının olması anten məlumatlarından üzə çıxıb.

Müdafiə tərəfi N.İmanquliyevdən bu məsələyə aydınlıq gətirməsini istəsələr də, o, xatırlamadığını və bu suallara cavab vermək istəmədiyini bildirib.

R.Səfərov zərərçəkmişin dediklərinin yalan olduğunu, tutulduğu gündən öncə bu adamı heç vaxt görmədiyini bildirib: "Görün, bu hökumət nə vəziyyətdədir ki, anlaqsız, tərbiyəsiz birinin xidmətinə möhtac qalıb. Məni həbs etmək üçün belə birini işə qoşmaq mənim özümə qarşı da hörmətsizlikdir. Bura onsuz da məhkəmə deyil, nə qərar verirsinizsə, verin, bu tamaşanı sürdürməyin. Mənim məhkəmə adına sizə də yazığım gəlir. Ayıbdır...".

Rüfət Səfərov əlavə edib ki, aylardır sürən məhkəməsindən ədalət gözləntisi yoxdur. Hüquq müdafiəçisi vurğulayır ki, tiranlığın hökm sürdüyü ölkədə ədalətli məhkəmə ola bilməz.

Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. Ona qarşı xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurma maddələrilə cinayət işi açılıb. 

Cinayət işində iddia olunur ki, Səfərov torpaq alqı-satqısı adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat pul alıb, sonra isə onların arasında mübahisə düşüb və Səfərov İmamquliyevi vurub.

Səfərov isə ittihamları rədd edir və peşə fəaliyyəti ilə bağlı həbs olunduğunu deyir. 

Hüquq müdafiəçisi həbsi ərəfəsində ABŞ-yə səfər etməyə və Dövlət Departamentindən insan hüquqları üzrə mükafat qəbul etməyə hazırlaşırdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Samirə Qasımlı: “Mənə qarşı irəli sürülən ittiham siyasi sifarişlidir”

16 İyul 2026

Sosial media

İyulun 15-də Binəqədi Rayon Məhkəməsində siyasi psixoloq Samirə Qasımlının ittiham olunduğu iş üzrə məhkəmə prosesi keçirilib.  Hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə S.Qasımlını böhtan və təhqirdə ittiham edən Qurbanəli Yusifov yenə də iştirak etməyib. Vəkili Vüqar Şamilov müvəkkilinin Türkiyədə işlədiyini deyib.  Hakim vəkildən Q.Yusifovun məhkəməyə şikayət etdiyindən özünün xəbəri olub-olmadığını soruşub, vəkil də təsdiqləyib.  S.Qasımlının vəkilləri Aqil Layıc və Ramil Süleymanov şifahi vəsatət verərək bildiriblər ki, xüsusi qaydada ittiham irəli sürən şəxsin üzrlü səbəb göstərmədən, ardıcıl olaraq məhkəməyə gəlməməsi onun ittihamda maraqlı olmaması deməkdir. Onlar vurğulayıb ki, şərəf və ləyaqət hiss və düşüncə kateqoriyasına daxildir, buna görə də ittihamçıya...
Məhkəmə

Şirvan məhkəməsi İqbal Əbilovun şikayətini təmin etməyib

15 İyul 2026

Sosial media

İyulun 14-də Şirvan Şəhər Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclası keçirilib.  İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, tədqiqatçı iclasın əvvəlində talış dilində çıxış etmək istədiyini bildirib. Müdafiə tərəfinin təqdim etdiyi tərcüməçi məhkəmə tərəfindən qəbul edilib və proses boyunca İ.Əbilovun çıxışını talış dilindən Azərbaycan dilinə tərcümə edib. İ.Əbilov şikayətində həbsi zamanı baş verdiyini iddia etdiyi qanun pozuntularını sadalayıb. Onun sözlərinə görə, o, ötən ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib və qeyri-insani şəraitdə saxlanılıb.  Tədqiqatçı əlavə edib ki, məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo